Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2018

ZEYNƏB MƏKTƏBİNDƏN DƏRSLƏR - İMANIN ƏZƏMƏTİ

O, imam Hüseyn (ə) kimi xatircəm bir nəfsə malik idi
Zeynəb (s) İbni Ziyadla rəftarında göstərdi ki, mömin insan, əsir olmasına baxmayaraq heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq.
Zeynəbin İbni Ziyadın qüdrəti qarşısında yenilməzliyi, əzəməti və iftixarı, onun Allaha olan imanından və xatircəmliyindən qaynaqlanırdı. O, imam Hüseyn (ə) kimi xatircəm bir nəfsə malik idi. Bütün bu xatircəmlik və qorxmazlığı qəlbində ilahi təfəkkürü diri saxlamaqla əldə etmişdi. Allahı düşünüb Onu yad edən insan heç vaxt sərgərdan qalmaz və məğlub olmaz. Necə ki, imam Hüseyn (ə) heç bir tərəddüd etmədən Yezidlə beyət zillətini qəbul etmədi, qəlbləri ələ alıb qələbə çaldı, möminlərin, Allah dostlarının ürəklərinə malik oldu və Aşura, imanlı qəlblər üçün ən böyük cazibə oldu. İmam Hüseyn (ə) yolunu davam etdirən və onun məktəbinin şagirdi olan Zeynəb (s), öz sözləri ilə qanlı Kərbəla hərəkatının izzət və əzəmətini artırdı.


329 بازدید
در حال ارسال اطلاعات...