Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2018

Haqla batilin mübarizəsi

Haqq cəbhəsinin əksər tərəfdarı xalqın aşağı və ya orta təbəqəsindən olmuşdur
Yaranışın əvvəlində bəşər cəmiyyətində mövcud olmuş və bu gün də davam edən bir qanun var. Bu qanun ümumdünya ədalət hökumətinin qurulacağı günədək fəaliyyətdədir. Bu qanuna əsasən, haqq və batil cəbhələri daim qarşı-qarşıya dayanmışdır və mübarizədədir.
Bu cəbhələşmə hələ yer üzündə cəmi dörd insan olan vaxt yarandı. Həzrət Adəmin iki övladı (Habil və Qabil) haqq və batil cəbhələrinə bölündü.
Habil və Qabilin əhvalatı Quranda ad çəkilmədən nəql olunmuşdur. (“Maidə”, 27) Həmin ayədə Adəmin iki övladı haqqında danışılır. Bu qardaşlardan hər biri haqlı olduğunu sübuta yetirmək üçün qurbanlıq etdi. Haqq tərəfdarı olan qardaşın qurbanı qəbul oldu, dünyapərəst qardaşın qurbanı rədd edildi. Qurbanı qəbul olunmayan qardaş həqiqətpərəst qardaşına qarşı çıxıb davaya başladı və onu öldürdü. Bu, bəşər nəsli tərəfindən yer üzündə törənmiş birinci qətl idi. Adil və təkallahçı bir şəxs zalım və ilhadçı (dönük, bidətçi) bir şəxs tərəfindən qətlə yetirildi. Həmin vaxtdan başlayaraq bəşər tarixində cəbhələşmə yarandı. Qurani kərimin əhvalatları, peyğəmbər və övliyaların yolu bu həqiqəti təsdiq edən canlı sənəddir.
Nuh 950 il müddətində olduqca məhdud bir cəmiyyətlə çoxsaylı dünyapərəstlərə qarşı dayanmışdı. Nəhayət, Allahın iradəsi ilə tufan batil əhlini məhv etdi.
Tövhid tarixinin böyük qəhrəmanı bütpərəstlərlə mübarizəyə qalxdı. Nəhayət, onu oda atdılar. Amma Allahın əmri ilə od təsirsiz oldu! Musa Firon və zər-zor əhlindən təşkil olmuş cəbhəyə qarşı çıxdı, tağuta, zalımlara qalib gəldi. (Haqq cəbhəsi daim qalibdir. Bu cəbhə zahirən məğlub olub, qətlə yetirilsə də, haqq olmaq baxımından daim qalibdir.)
İsa ibn Məryəm azsaylı həvarilərlə birlikdə çoxsaylı dünyapərəst yəhudilərə qarşı çıxdı. İslam peyğəmbəri (s) haqpərəstliyin ən böyük bayraqdarı öz dəvətinə başladığı vaxt küfr və şirk tarixinin ən çirkin quldurları ona qarşı cəbhə yaratdılar. Heç bir peyğəmbərin tarixində şirk və küfr İslam Peyğəmbərinin (s) dövründəki həddə tövhidə qarşı çıxmamışdır. Şiə və sünni hədislərində həzrət Peyğəmbərin (s) dilindən nəql olunur ki, peyğəmbər dövrünün kafirləri və müşrikləri o həzrətə və onun yaxınlarına ən böyük əziyyətləri rəva görmüşlər: “Heç bir peyğəmbərə mənim qədər əziyyət verilməmişdir.” (“Bihar”, c. 39, s. 56) Peyğəmbərə Məkkə və Mədinə şəhərlərində çox əziyyət verildi. Məkkədə Əbu-Cəhl, Vəlid ibn Müğeyrə, Əbu-Süfyan kimi şəhvətpərəstlərin başçılıq etdiyi küfr və şirk cəbhəsi, Mədinədə yəhudilər tövhidə qarşı vuruşurdu. (Yəhudilər İslamın ən qatı düşmənləri idilər. Onlar öz hiylələri ilə müşriklərdən də təhlükəli idi. Quran onların möminlərlə dərin düşmənçiliyinə şəhadət verir. (“Maidə”, 82) Bilal və Əmmara verilən işkəncələr, Suməyyə və Yasərin şəhadəti, peyğəmbər və onun ətrafındakıların Şibe-Əbu-Talib dərəsində mühasirəyə alınması Məkkədə haqq və batil cəbhələrinin qarşılaşmasından danışır. Maraqlıdır ki, tarix boyu haqq cəbhəsində böyük sərmayə sahibləri görünməmişdir. Haqq cəbhəsinin əksər tərəfdarı xalqın aşağı və ya orta təbəqəsindən olmuşdur. Batil cəbhəsini, xüsusi ilə bu cəbhənin rəhbərliyini isə, adətən, şəhvətpərəst, sərvət və qüdrət sahibi olanlar təşkil etmişdir.


213 بازدید
در حال ارسال اطلاعات...