Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2018

Peyğəmbərdən (s) dərs alan səhabələr Azərbaycana göndərilsəydi ...

Ölkədə qeyd etdiyimiz kimi nəinki yüksək səviyyəli heç aşağı səviyyəli təhsil ocağı da yoxdur
QMİ-nin balansında olan Bakı İslam Universitetinin fəaliyyəti demək olar ki, dayandırılıb. Dini Komitənin sədri Mübariz Qurbanlı xəbəri təsdiqləyib. Güya 2, 3, 4-cü kurs tələbələri təhsillərini başa vurandan sonra universitet bağlanacaq. Hələlik isə artıq universitetə qəbul dayandırılıb.
Məlum məsələdir ki, QMİ QHT-dir (Qeyri Hökümət Təşkilatı), dövlətə heç bir aidiyyatı yoxdur. İndi istəyirlər ki, ölkədə fəaliyyət göstərən elmi mərkəz də dövlətə tabe olsun. "Dövlət" deyəndə ki, dövləti gətirib uçurumun bir addımlığında saxlayıblar. İndi dini məsələlərdə də camaatı əzirlər ki, qoy dövlət guppultuyla gəlsin kəllə-mayallaq yerə. Bir bəhanə də tapıblar ki, güya BİU pullu ilə, indi İlahiyyat universiteti pulsuz fəaliyyət göstərəcək. Yalansa pulsuz ilan vursun sizi. Təbii ki, bu insanların xalqa xeyir verməsi absurd məsələdir. Nəsə bir xeyir, mənfəət güdürlər ki, belə bir iş düzəldiblər. Güya bundan sonra BİU-ə ehtiyac yoxdur, İlahiyyat universiteti bəsdir.
Mübariz Qurbanlı isə fikrini belə əsaslandırır ki, Azərbaycanda tam olaraq azərbaycanlı din xadimi xidmət etməlidir. Yəni məsələn nə üçün azərbaycanlı gedib Nəcəfdə, Suriyada, İraqda təhsil alıb gəlib Azərbaycanda mollalıq etsin ki? Məgər özümüzə nə gəlib ki? O da məlumdur ki, ara-sıra deputatxanada da belə bir vəsvəsə dolaşır ki, ümumiyyətlə bütün vətəndaşların gedib xaricdə təhsil almasının qarşısını alsınlar. Qoy hamısı Azərbaycanda oxusun. Amma bir tərəfdən bunu edə bilmirlər. Çünki Azərbaycandan kənarda təhsil alan tələbə çoxdur. Qadağan etsələr soruşulacaq ki, bəs nə üçün dünyəvi təhsil almaq qadağan deyil? Bunu isə qətiyyən qadağan edə bilməzlər. Çünki özləri ölkədə düz-əməlli kadr yetişdirə bilmir, camaatın balası məcbur olub gedir xaricdə oxuyur. Bu da qadağan olsa dövlət təmiz "Titanik" gəmisi kimi batar. Digər tərəfdən də niyə də qadağan etsin ki, bu tələbə Azərbaycanda oxusaydı "rasxod" sayılacaqdı hakimiyyət üçün. Axı bunların ən azından hüquqşünas, molla, ruhani olmasını təmin etmək lazım gəlir. Allahdan uzaq düşən, ruhanini gözü götürməyən bu insanlar deyir ki, əşşi bu tələbə, molla Azərbaycandan uzaq olsa yaxşıdır. Necə deyərlər Allaha yaxın olsun məndən uzaq. Bəli düz tapdınız. Ruhanini gözü götürməyən, tələbəni həbs edən, ruhanini satqın elan edib məhbəslərə atan insanlar Allahdan tamamilə uzaq düşüb, insanların da Allaha yaxın, özlərindən uzaq olmasını arzu edirlər.
Amma çox mühüm bir məsələ vardır. Xaricdə təhsil alan tələbənin Azərbaycanda fəaliyyətinin qadağan edilməsi məsələsi daim hər kəsin zehnindədir. Tələbənin də ona nifrət edən zümrənin. Tələbənin ona görə ki, daim düşünür ki, ilahi feyzdən xain əllər onu məhrum edəcək. Amma Allah istəməsə bunun baş verməyəcəyinə də səmimi qəlbdən inanır. Tələbəni gözü götürməyən də istəyir ki, tam özlərindən asılı duruma düşən, vassal bir ruhaniyyət yetişdirsinlər. İstəyirlər Rza şahın təcrübələrindən istifadə etsinlər, elə bir ruhaniyyət yetişsin ki, hakimiyyətə müti, Amerikanın, İsrailin istəyinə uyğun bir model olsun. Allahdan uzaq, hakimiyyətə yaxın bir ruhaniyyət.
İndi elə bilirlər ki, İlahiyyat Universitetinə qəbul olan tələbələr müctəhid olacaq. Əlbəttə, özlərinin "müctəhidini" düzəldə bilərlər. Bu "müctəhidlərdən", "müftilərdən", "qazilərdən" Şüreyh qazilər, Əbu hureyrələr yetişəcək. Sonra da ürəkləri istəyən zaman İmam Hüseynin (ə) qətlinə fərman verəcəklər.
Maraqlısı budur ki, doğrudan da bu adamlar inanırlar ki, İlahiyyat Universiteti ali səviyyəli tələbə yetişdirməyə qadirdir? Axı bu Universitetin bütün müəllimlərindən tutmuş direktoruna qədər hansı savadın yiyəsidir ki, hələ bir müctəhid də yetişdirsin. Bəli, İran, İraq kimi islami mədrəsələr müctəhid yetişdirir. Amma İlahiyyat Universiteti belə bir ehtiyacı aradan qaldıra bilirmi?
O ki qaldı gedib xaricdə oxumaq məsələsinə, axı ölkədə qeyd etdiyimiz kimi nəinki yüksək səviyyəli heç aşağı səviyyəli təhsil ocağı da yoxdur. Onsuz da İslam dini ilk olaraq Ərəbistan Yarımadasında zühur edib və tədricən bütün dünyaya yayılıb. İlk əvvəllərdə də Ərəbistandan Peyğəmbərin (s) göstərişilə digər məntəqələrə səhabələr ezam olub təbliğlə məşğul olublar. İndi isə xaricdə oxuyan şəxsin fəaliyyətini dayandırmaq, dayandırmadıqda isə həbs etmək istəyirlər. Onda belə çıxır ki, Peyğəmbərdən (s) dərs alan səhabələr Azərbaycana göndərilsəydi "xaricdə (Ərəbistan Yarımadasında) təhsil alıb" deyib fəaliyyətini dayandırmasını əmr edəcək, dayandırmadığı halda isə həbs edəcəkdilər? Pak səhabələrin qətiyyən öz təbliğindən dönməyəcəyi qətidir. İndi durub onları həbsmi edəcəkdilər. Çox qəribə tendensiyadır. Bir o qədər də - türklər demişkən – sakıncalı durumdur.


154 بازدید
در حال ارسال اطلاعات...