Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Sentyabr 2018

Süleymana qalmayan dünya hansı icra başçısına qalasıdır?

Allah-taala ona inanan, müsəlman olan və bununla belə dinə riayət etməyən, dünyapərəst, qarınpərəst olan adamları daha çox cəzalandırır.
Şərq ölkələrinin bir çoxunda müasirlik zahirən hökm sürsə də əslində çox geridə qaldıqları açıq-aşkardır. Məsələn deyirlər ki, İslam 14 əsr bundan qabaq gəlib, müasir dövrə uyğun deyil, müasir standartlarla ayaqlaşa bilməz. Guya indi bu sözü deyən sekulyarlar lap zamanı qabaqlayıb 35-40-cı əsrə gedib çıxıblar. Zamanı qabaqlamaq olmaz.
Sovet höküməti dağılandan sonra "Terminator", "Robokop" və s. bu məzmunda olan "ujas", "fantastik" janrında olan filmlərə vaxt sərf edib baxardıq. Heyf o vaxtdan doğrusu. Birinci olaraq Amerika başladı camaatın başını pozmağa. Guya bunlar adamlar düzəldirlər ki, içi robotdur, üstü ətdir, adı "Terminatordur" və s. və i.a. Bu filmlər 25-30 il bundan əvəvl çəkilmişdi, amma bu günə qədər də hələ ki, belə bir qələt edə bilməyiblər. Ancaq kinoda belə şeyləri çəkməklə kifayətlənə bildilər. Bu da bunların inkişafı. Elə sovet höküməti də bəzi kinolar çəkib guya özlərinin, pionerlərinin inkişaf etməsini göstərirdi. Məsələn "Sehirli xalat" filmində - çox zaman müzakirə edilən səhnələr vardır ki, orada guya uşaqlar neçə il sonraya – gələcəyə səfər ediblər, artıq onlar üçün kosmosa getmək adi bir şey olub. Amma bu da alınmadı. Sovetin nəinki pionerlərinin elmi buna təhəmmül edə bilmədi, hətta özü tarixin zibilliklərinə gömüldü. Hər halda yaxşı fikirlər gəlmişdi rejissorlarımızın ağlına, amma nə edək ki, alınmadı.
Mövzudan yayındıq deyəsən. Onu deyirdim ki, sekulyarlar guya özlərini müasir hesab edirlər, amma qədim Misir ölkəsindəki krallar və onların yaxınları kimi özlərini aparır. Avropa ölkələrində, Amerikada prezidentlər uzaq başı iki dəfə gəlib camaata yalan vədlər verir, çıxıb cəhənnəm olub gedirlər. Amma Şərqin demək olar 95 faiz ölkəsində prezidentlər gəlib getmək istəmir. Elə icra başçıları da onun kimi. Gedəndə də az qalırlar qədimdə olduğu kimi öz qızıllarını, villalarını, bağlarını, hasarlarını, maşınlarını hətta öz müavin və işçilərini də özləriylə qəbrə aparsınlar. Bunu hardan bildim? Ordan məlumdur ki, bu insanların sadəcə yerləri dəyişəndə bir ordu şəklində dəyişirlər. Özü gedəndə nəsli də gedir, nəsli getməyəndə də o nazirinki bunun, bununku onun yanında vəzifə alır.
Bu yaxınlarda tanınmış adamlardan biri öləndən sonra bir nəfər onun varisi kimi tanınırdı. İndi deyir ki, kirayə evdə qalıram, mərhum ölən kimi evindəki əşyalar da getdi. Yox, Misirdəki kimi yox, sadəcə evə gəlib gedənlər oğurluq ediblər. Vay nanəciblər. Həm də deyir ki, Süleymana (məqsəd Həzrət Süleyman peyğəmbərdir) qalmayan dünya bizəmi qalacaqdı. Bəli, dünya heç kimə qalmır, insan dünyada qalır-qalır, sonra vaxtı çatanda gedir.
Bilirsinizmi, Allah-taala ona inanan, müsəlman olan və bununla belə dinə riayət etməyən, dünyapərəst, qarınpərəst olan adamları daha çox cəzalandırır. Çünki bu insanlarla digərlərinin fərqi budur ki, o birilər din, Allah tanımır, İslam nədir qanmır, amma qanan halda acgözlük edənlər daha çox cəzalanacaq.
Bizim məmurların geridəqalmışlığı, cəhaləti bundan ibarətdir ki, elə bilirlər dünyada əbədi qalacaqlar, amma Quran – 14 əsr əvvəlin kitabı hesab etdikləri Allah kəlamı buyurur ki, dünyada əbədi heç kim qalmır. Var-dövlət də insanda əbədi qalmır. İstəyirsənsə götür Xəzəri keçir öz adına, xeyri yoxdur. Elə sözünü etdiyimiz mərhumun varisi də bunu deyir.
Bəs bu dünyadan necə ibrət almalı? Çarə budur ki, dünyada nə qədər ki, varıq yaxşı işlər görməyə çalışaq. Vallah, doğrudan da dünya beş günlük dünyadır. Amma o mənada yox ki, ye-iç, ordan ifraz elə, axırda da öl get. O məna da ki, görək bu beş günlük dünyada neçə insana yaxşılıq etdik. O yaxşılıq yox ki, kasıbın malını qəsb edib öz qohum-əqrəbamıza yedirdək, o mənada yaxşılıqdan danışıram ki, hər kəsə öz haqqını verək. Yoxsa nə olar? Yazımızın qəhrəmanından ibrət alın: Öldü getdi, bütün var-dövləti ki - əvvələn halaldan qazanmamışdı, ikincisi də xüms, din əhli deyildi, deməli başqa insanların onda payı var idi – o başqa insanların payını öz vərəsələrinə də yedirdə bilmədi. İndi vərəsəsi kirayədə qalır. Başqaları evi fürsət bilib çapıb-talayıblar. Bu da köhnə zamanların təfəkkürüdür. Həzrət Yusif peyğəmbərin vaxtında Züleyxa qocalıb güzlərinin nuru itirəndə evi xadimsiz, mühafizsiz qalmışdı deyə gədə-güdə evə daraşıb talan etmişdi. Amma Yusif peyğəmbərdən bu yana oğurluğu haram olduğunu bildirən dinlərə, peyğəmbərlərə, nəhayət İslama düz-əməlli iman gətirmədiyimiz üçün elə cahilcəsinə yaşayırıq. Dünyanı, dini, paklğı, dürüstlüyü tanımadan da ölürük. Ölüm də bəzən bizim üçün heyifdir.


301 بازدید
در حال ارسال اطلاعات...