Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2018

Heydər Əliyev əsgərliyə yoxsa kef çəkməyə gedib?

Məktəbə, universitetə sürücü, cangüdənlə gedən bir insan gedib əsgərlikdə həqiqi xidmət edəcək?
Ata Əliyev deyilənə görə böyük vətən müharibəsi zamanı hərbi xidmətdən yayınıb, İlham Əliyev də Qarabağ müharibəsində iştirak etməyib və hərbi xidmətə getməyib. Amma İlham Əlyevin oğlu Heydər Əliyev bu yaxınlarda hərbi xidmətə yollandı.
Görün bizdə vəzifəli, pullu şəxslərin balası o qədər əsgərlikdən yayınır, pul verib özünü saxlatdırır, rüşvətlə hərbi bilet alır ki, İlham Əliyevin oğlu əsgər gedəndə hamı bu xəbərə sensassiya kimi baxır. Başlayırlar orda-burda İlham Əliyevin ailəsini tərifləməyə.
Keçmiş hərbi işçilərdən biri utanmazcasına müsahibəsində bir neçə tanınmış şəxslərin, o cümlədən, Oktay Əsədovun, Əli Əhmədovun, Hacıbalanın və s. adamların övladlarının, yaxınlarının hərbi xidmətə getmələrinindən danışırdı. Həmin şəxs deyir ki, kim deyir Azərbaycanda məmur balası hərbi xidmətə getmir, bu məmurların balası mən vəzifə başında olanda xidmətə yollanıb. Daha sonra deyir ki, bu faktdır. Amma heç bir fakt, sənəd, sübut göstərmir. Sadəcə yağmasa da guruldayır.
Bütün bunları ona görə deyir ki, sonda gəlib Heydər Əliyevin əsgərliyə getməsi məsələsi üstündə dayanacaq və başlayacaq ki, gördünüzmü Heydər Əliyev də əsgərliyə gedir. Elə də dedi. Camaat etməli olduğu işi edir, sonra gözümüzə soxurlar. Sanki xalq üçün bir iş edirmiş kimi şivənlik salıblar.
İlham Əliyev bəlkə də Nikol Paşinyanı görüb bir az vətənpərvərliyi tutub. Çünki Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın oğlu gedib Qarabağda xidmət edir.
Bilirsinizmi, mən inanıram ki, Ermənistanda da hərbi xidmət pis gündədir. Çünki Azərbaycanın bu qədər inkişaf etdiyini dedikləri halda əgər Ermənistan bizdən geridə qalıbsa deməli bizim hərbimiz onların hərblərinin yanında toya getməlidir.
Toy demişkən, Azərbaycanda bir nəfər vicdanlı və əsgərliyə gedən (zatən üzürsüz yerə qorxub qaçıb siçan deşiyi axtaran vicdanlı ola bilməz) hər bir azərbaycanlı bilir ki, Heydər Əliyevin əsgərliyi toydan da yaxşıdır. O, ora oynamağa gedir. Heç kimə məxfi deyil ki, İlham Əliyevin beş qəpiyə dəyməyən yaramaz siyasəti nəticəsində hərbi sahəmiz pis günə qalıb. Hər sahədə rüşvət olduğu kimi hərbi sahədə də rüşvətxorluq baş alıb gedir. Rəhmətlik Baba Pünhan deyirdi ki, mənə bir şəhid göstərin ki, atası nazirdir. İndi nazirin oğlu əsgər getmirsə, gedəndə şəhid olmursa və şəhid olanda yetim balalarıdırsa onda nə əsgərlikdən söz gedə bilər. Belə olan halda İlham Əliyevin oğlu şəhid olacaq? O nəinki şəhid, hətta başının bir tükü əskik olsa hərbi nazirdən tutmuş müavinlərinə qədər nəsil qarışıq Azərbaycandan yox olarlar. Heç kim Heydər Əliyevi əsgər kimi görmür. İlham Əliyev isə bunu oğlu böyüyüb əsgər yaşına çatana qədər düşünməli idi. Düşünməli idi ki, dayday, pul gücünə hərbi xidmətdən yayınmaq, yaxud əsgərliyə gedib şellənmək, xidmət etməmək mümkündürsə, şəhid olan, intihar edən kasıb-fəqir balasıdırsa onun oğlunun hərbi xidmətə getməsinə də kimsə inanmayacaq.
Sübut istəyirsiniz? Sübut budur ki, hərbi xidmətdə olan vicdanlı kasıb balası bunu təsdiq edər. Varlı balasının da vicdanı olsa təsdiq edər. Bir də ki, axı Heydər Əliyev dünyaya gələndə prezident ailəsində dünyaya gəlib. Babası Heydər Əliyev prezident, sonra atası prezident oldu. Bir ömür prezident varisi kimi yaşayan bir insan əsgərliyə qədər yoxluğun nə olduğunu bilibmi? Kasıb balası ac yaşayarkən, səngərdə onu şaxta vurarkən, əsgərlikdən sonra zibilliklərdə eşələnib tapdığı ilə gününü keçirərkən Heydər Əliyev ailəsinin haramdan, oğurluqdan, rüşvətdən qazandığı haram pullarla genəlib. İndi bu adam gedib hərbi xidmətdə kasıb balası kimi sadə və həqiqi xidmət edəcək? Məktəbə, universitetə sürücü, cangüdənlə gedən bir insan gedib əsgərlikdə həqiqi xidmət edəcək? Adicə bir naizirin, məmurun, deputatın, biznesmenin, pullu kişinin oğlu xidmət etmədiyi halda Heydər Əliyev gedib həqiqi xidmət edəcək? Necə ki, digər məmurların balası gedib əsgərlikdə kef eləyib, bu da onlardan biri olacaq.
Buna görə də kasıb balasının hərbi xidmətə getmədiyi vətən vətən deyil. Vətən o zaman vətəndir ki, kasıbın balası əsgərliyə gedir. Atalar deməsə də biz belə deyirik: Kasıb balası bol olarsa basılmaz vətən. Vətən, ölən kasıb balası varsa vətən var.


1215 بازدید
در حال ارسال اطلاعات...