Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2018

Öz köpüyündə çapalayan Əhli-beyt düşməni Zahidül-Kəzzab

Zahidül-Kəzzab kimilər deyir ki, din siyasətə qarışmamalıdır. İndi nə üçün dini siyasətə qarışdırırsınız
Quran: "Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır." (Rəd 17)

Zahid Oruc bundan qabaq İlham Əliyevi Musa peyğəmbərlə müqayisə etmişdi. İndi də Heydər Əliyevi Həzrət Məhəmməd peyğəmbərə, ailəsini (İlham Əliyevi, Mehriban Əliyevanı) Əhli-beytə oxşatmağa çalışır. Bu adam sanki bir çirkin kompaniyaya start verib.
Musa peyğəmbərlə bağlı yazısına saytımızda layiqli cavab verdik. İndi də "Müsavat" qəzetində "Heydər və İlham Əliyevi sevən siyasi "Əhli-beytçilər"" adlı yazı yazıb. Əlbəttə yazıda adlarını çəkdikləri məsumlarımızın mübarək adlarını və dini sözləri çıxmaq şərtiylə yazı xalqa yaltaqlıqdan, gözəgirənlikdən başqa heç nə vəd vermir. (Yazı uzun uzadı olduğu üçün oxumağa həvəs olmadı, zatən Zahidin mordasına baxanda yazdıqları məlum olur)
Adam Azərbaycan mətbuatında zühur edən gündən, bütün gözəgirənliklərinə baxmayaraq saxtakar deputat olmaqdan yuxarı gedə bilməyən və öz köpüyündə çapalayan Zahidül-Kəzzabdır. Zahidül-Kəzzab ona görə deyirik ki, İslam tarixində Müsəyləmətül-Kəzzab (yalançı Müsəyləma) adlı bir nəfər var idi. Peyğəmbər olduğunu iddia edirdi. Zahid Oruc da Heydər Əliyevi Həzrət Məhəmməd peyğəmbərlə, İlham Əliyevi Musa peyğəmbərlə müqayisə etdiyi üçün onun Müsəyləmətül-Kəzzabdan heç bir fərqi yoxdur.
Zahid Oruc Azərbaycan xalqının üz qarasıdır, bu xalqa ləkədir. Təəssüf ki, hər dəfə də bu ləkəni sabun köpüyü ilə aradan aparmağa çalışır. Amma hər dəfə sabun köpüyündə boğulur. Adamın bütün fəaliyyətləri yaltaqlıqdan ibarətdir. Adətən prezidentliyə namizəd olan (əlbəttə kukla namizəd) özünü ölkənin birinci şəxsinə alternativ gördüyü üçün onu da, onun hakimiyətindəki məmurları da tənqid edə bilər. Çünki özünü onlardan sərişdəli, bacarıqlı hesab edir. Zahidül-Kəzzab isə nəinki İlham Əliyevdən özünü üstün bilmir, hətta Mehriban Əliyevanın, hətta Ramiz Mehdiyevin, hətta Elmar Vəliyevin ayaqqabılarından öpməyi özünə şərəf hesab edir. Yaltaqlığı barəsində özü bilər, necə deyərlər can onun, cəhənnəm Allahın.
Bizi bir dindar olaraq narahat edən Zahidül-Kəzzabın dünyada çirkab, çirkin hesab olunan dünyəvi siyasət adamlarını bütün ömrü boyu pak olan insanlarla müqayisə etməsidir. Axı hədəfə çatmaq üçün bütün hiylələri, fırıldaqları icazəli edən bir siyasətin əhli doğuluşundan vəfatına qədər pak olan insanlarla necə ölçülə bilər? Biz bilirik ki, Əhli-beyt (ə) bütün nöqsanlardan pakdır, Allah onları bütün çirkinliklərdən paklayıb. Maraqlısı budur ki, dindarlar deyəndə ki, İslam peyğəmbəri, onun Əhli-beyti də (dini, pak) siyasətə (rəhbərlik, idarəçilik mənasında, çirkinlik, hiylə mənasında yox) qarışıblar. Dini siyasətdən uzaq tutmaq yanlışdır. Zahidül-Kəzzab kimilər deyir ki, din siyasətə qarışmamalıdır. İndi nə üçün dini siyasətə qarışdırırsınız. Axı, ay Kəzzab, sənin kimi vicdansız, dinsiz, gündə birinin gözünə girən insanlar hardan bilsin ki, məsum kimdir? Sən məqaləndə balaca Heydər barəsində "atam anam sənə fəda olsun","bütün nəslim, yeddi arxa dönənim sənin bir dırnağına qurban" kimi mədhlər yaza bilərsən. Tarixdə o qədər saray şairi olub ki, hansından artıqsan ki? Uzaq başı orda-burda səni görən cürət eləsə üzünə tüpürəcək. Məgər balaca Heydər yolunda sənin üzünə tüpürülsə bunu şərəf hesab etməzsən? Daha niyə durub pak insanları keçmişi kommunist, rus xidmətçisi, indi də rusun razılığı ilə hakimiyyətdə qalan bir ailə ilə müqayisə edirsən? Allahdan qorx, çərənləməyə öyrətməklə zülm etdiyin dilin, gic-gic şeylər yazmağa adət etdirdiyin əlin qiyamət günü sənin əleyhinə şahidlik edəcək. Yazdığın yalan-palan, yaltaqlıq, vicdansızlıq, gözəgirənlik saçan yazılarının çap edildiyi qəzet səhifələrinin cəhənnəmdə səni yandıran atəşi alovlandıran kağızlar olmasından qorx!
Sən indi bu kəllə ilə qiyamətə, cəhənnəmə də inanmazsan. Çünki sənin allahın, dininin, qiyamətin elə Əliyevlərdir. Sən öz köpüyündə boğulacaqsan. Köpük demişkən bir ayə də - səni bəlkə hidayət edər niyyətiylə yazaq. "Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır." (Rəd surəsi, 17) 
İnsanlara fayda verən şeylər yaz. Allah səni insan olaraq xəlq edib. Şərəfli varlıq, niyə canını azar alıb? Niyə elə hey zorla özünü köpük kimi görürsən?


1198 بازدید
در حال ارسال اطلاعات...