Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2018

Nə nurçulq, nə vəhabilik Quranda yoxdur amma Qəzənfəroğlunda var

Gəzənfəroğlu səfehləyərkən deyib ki, uşaqları zorakılıqdan uzaq tutmaq lazımdır
Məhərrəmlik ayı daxil olduğu üçün Fazil Gəzənfəroğlu yenə fəallaşıb. Biz dəfələrlə ifşa etmişik ki, bu adam siyasətdə iflasa uğradığı üçün dinə qoşulmuşdu. Cəhənnəm, adam bir müddətdən sonra bütün günahlarına tövbə edib dinə, imana gələ bilər, amma gərək doğru dini, yolu seçib iman gətirəsən. Qəzənfəroğlunun isə xaricdəki mənəvi atası, lideri olan Fətullah Gülənə, daxildəki (ölkə daxilindəki) rəhbəri olan Elşad Miriyə baxanda bilinir bunlar nə yuvanın quşudur.

Təbii ki, Aşura ilə bağlı kimsə Fazil Qəzənfəroğludan müsahibə alırsa ona görə alır ki, həqiqətdə bu adam yenə şilt salıb aranı qarışdırsın. Qəzetə, sayta da bu barədə qalmaqal lazımdır ki, məzhəb qırğınına səbəb olsun. Ya da həmin müsahibəni alan qəzet işçiləri də həqiqi meyarı itiriblər. Yəni ölkədə həqiqi din xadimləri qala-qala nə üçün gedib keçmişi qaranlıq olan, heç bir xeyir vəd verməyən, Türkiyədə dövlət əleyhinə işlər görən, Fətullah Gülənin maşası olan, nurçu, vəhabi qalığından müsahibə alsınlar. Yüz faiz, əminliklə demək olar ki, bu qəzet, sayt işçiləri Fazil Gəzənfəroğlunu ilahiyyatçı kimi tanımır. Sadəcə adam elə yol tutub ki, din barədə ancaq şiəyə düşmənçiliklə tanınır, bu da bəzi dairələrə ləzzət edir. Başqa sözlə desək Fazili "kukla" kimi əllərində oynadırlar.

Yenə səfehləyərkən deyib ki, uşaqları zorakılıqdan uzaq tutmaq lazımdır. "Zorakılıq" deyərkən də İmam Hüseyn (ə) üçün sinə vurmağı nəzərdə tutur. Əlbəttə bu heç də zorakılığa səbəb olmur. Keçən il bu tip adamlar Aşura günü məktəbli uşaqların məktəbdən yayınmasını tənqid etmişdilərsə də unutmuşdular ki, Aşura günü ötən il məhz "bazar" gününə düşmüşdü. (Haqla müharibə aparmaq bunların başını pozub) İkincisi də əgər Qəzənfəroğlu azyaşlı uşaqların halına yanan adamdırsa çıxıb efirdə şou-biznes nümayəndələrini tənqid etsin. Əgər adamın zərrə qədər milli qeyrəti , imanı varsa çıxıb imansızlığı, dinsizliyi ölkədə yayanları tənqid eləsin. Əgər hətta fərz eləsək ki, Aşura günü uşaqlar "pozulur", şou-biznesə baxmaqla hər gün pozulurlar. Qəzənfəroğlu nə vaxt sükutunu pozub bu barədə donquldanıb.

Daha sonra deyir ki, gərək İslam dinində, Quranda olmayan hərəkətləri etməsinlər. Zavallı məxluq özündən çox xəbərsizdir. Etiqadlı olduğu vəhabi məzhəbi də, elə nurçuluq da nə İslamda nə də Quranda yoxdur. Özünü hənəfi hesab edirsə ki, hənəfilik və bu cərəyanın banisi Əbu Hənifə İslam peyğəmbərinin vaxtında yox idi. Peyğəmbərdən neçə il sonra dünyaya gəlib. Nurçuluğu yayan isə Səid Nursi müasir dövrün fikir adamlarından olub. Bunların heç biri Quranda yoxdur. Onda nə üçün Fazil Gəzənfəroğlu bunların ardınca gedir? Etiqad etdiyi xəlifələr İslam zamanında xəlifə deyil idi, Peyğəmbər (ə) onları seçməmişdi, Quranda haqlarında bir dənə də ayə yoxdur, necə olub Fazil Mustafa onları özünə imam seçib? Bütün bunlara cavab verə bilməməsi bir yana, o da bariz məsələlərdəndir ki, adam indiyədək İmam Hüseyn (ə) məclislərində yerinə yetirilən ayinlərin haram və şəriətdə qadağan olunması barədə - Qurana, hədisə əsaslanaraq – bir ayə, rəvayət ünvanında dəlil gətirə bilməyib. Dəlilsiz söz isə gölməçədəki köpük kimidir.


208 بازدید
در حال ارسال اطلاعات...