Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2018

Məhərrəm mehi

Bu günlər mənim üçün də böyük bir fürsətdir.
Aşuranın mübarək mehi

Allah-Taalaya şükür edirik ki, yenidən bərəkətli məhərrəm və Aşura ərəfəsində yaşamaq, həm canımızı, həm elmi, ruhi və fiziki qüvvələrimizi Aşuranın mübarək mehindən və həzrət Əbu Abdullahın (ə) lütf mənbəyindən bəhrələndirmək səadətini bizə nəsib etdi. İnşallah bizim bütün xalqımız, o cümlədən böyük alimlər, möhtərəm ruhanilər və təbliğatçılar, xüsusən bu yola yeni qədəm qoymuş həvəskar və imanlı gənclər bu imkanlardan faydalana və daha artıq məsuliyyət daşıyanlar bu aydan daha çox bəhrələnə bilsinlər. Bu günlər mənim üçün də böyük bir fürsətdir.

Məhərrəm ayının əhəmiyyəti 

Siz qardaş və bacılar özünüz məhərrəm ayının əhəmiyyətini yaxşı bilirsiniz; həm məhərrəmin hadisələri baxımından, həm məhərrəmin tarixdəki - istər qədim tarixdəki, istərsə də inqilab tarixindəki təsiri baxımından, həm də məhərrəmin həmişə din elminin daşıyıcıları üçün yaratdığı imkan baxımından. Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir. Mühüm olan bu imkandan necə istifadə olunmasıdır. Çoxlu fürsətlər insanın əlindən əbəs yerə xaric olur. Əgər biz öz işimizdə - istər fürsətlərdə, istər imkanlarda, istər Allahın bizə verdiyi nemətlərdə hesablama aparsaq, şübhəsiz, qədirbilməzlik etdiyimiz çoxlu yerlərlə rastlaşacağıq; bu neməti, bu fürsəti, bu imkanı, bu bilgini, bizdə olan bu nitqi və bu məsuliyyət hissini tələf etdik, onlardan maksimum bəhrələnmədik. Ruhani cəmiyyəti və din alimləri üçün ən vacib işlərdən biri budur ki, bu fürsətlərdən ən yaxşı şəkildə istifadə etmək haqda düşünsünlər.

Ayətullah Seyid Əli Xamenei


171 بازدید
در حال ارسال اطلاعات...