Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2018

15 yaşından məktəbə getməyən falçı Bayramın psixologiyasını Aşura məclisləri pozub?

Bütün günü internetdə oxuduğumuz xəbərlər isə bundan ibarətdir: Aparıcı Sərxan filan müğənnini necə öpdü. Filan müğənninin sinəsi canlı efirdə açıldı.
Aşuranın bərəkətindən 13 yaşlı Hüseyn Fəhmi cəbhədə şəhid olmuşdu

Bu gün efirə gədə vidində çıxan, həyasızlıq etməklə gündəmə gələn və telekanalizasiyalardakı şou verilişlərə reytinq qazandıran Nurlu ləqəbli əslindəsə efirdən xalqa zülmət saçan falçı Bayramı demək olar tanımayan yoxdur. Bu günlərdə Aşura məclislərinə uşaqların getməsinə pis baxan, qadağan etmək istəyən simalara Bayramı xatırlatmaq istərdim.
Bayram ilk dəfə ANS kanalında efirə çıxanda 14-15 yaşlarında olardı. Falçılara, ekstrasenslərə həsr olunan verilişdə Bayramın sən demə 15 yaşından məktəbə getmədiyini aparıcı açıq-aşkar demişdi. Yoxsa onun da psixologiyasını Aşura məclisləri pozub? O zamanlar bu gün şivən qoparan QMİ, zillət vəkilləri, Dini Komitə ağzına su alıb oturmuşdu. Bayram isə telekanalizasiyalarda oyun çıxaran digər şouçular kimi şou göstərməklə məşğul idi.
Bütün günü internetdə oxuduğumuz xəbərlər isə bundan ibarətdir: Aparıcı Sərxan filan müğənnini necə öpdü. Filan müğənninin sinəsi canlı efirdə açıldı. Əli Mirəliyev filan müğənni ilə dalaşdı. Hər gün efirdən biqeyrətlik nümayiş etdirən telekanalizasiyalar haqqında dövləti tədbir görməyə çağıran az sayda vicdanlı insanı çıxmaq şərtilə heç kim bu barədə dövlətə səslənmir.
Türkiyə kimi böyük və əhalisinin əksəriyyətinin əhli-sünnə olduğu bir ölkədə xalq Aşura məclisləri keçirir, dövlət başçısı, müxalifət liderləri İmam Hüseyn (ə) qəhrəmanlıqlarından danışır. İran kimi bir məmləkətdə Aşura günü rəsmən tətil elan edilib. Halbuki bu iki ölkə elmdə də texnikada da şəhadət məktəbində də Azərbaycandan çox-çox irəlidədir. Öz torpağından bir qarış belə düşmənə verməyən əzəmətli İran xalqının 13 yaşlı şəhidi Hüseyn Fəhmi məhz Aşura məclislərində böyümüşdü. Güya Azərbaycanda bir gün – Aşura günü tətil olsa dünya dağılar.
Təhsilşüvənlər elə haray çəkir ki, sanki hər həftə sonu məktəblər tətil olduğu halda bir gün Aşura günü tətil olsa xalq cahil olacaq. Sanki tez-tez lazımsız yerə rəsmi tətil edilən günlərə Aşura günü haqlı olaraq tətil kimi əlavə edilsə ölkədə cəhalət hər yanı öz ağuşuna alacaq. Sanki hər il ölkəmizdə Lütfüzadələr məzun olur, bir gün Aşura günü təhsilimizə ziyan vuracaq.
Onu da qeyd edim ki, nəinki Aşura günü digər günlərdə də gedib məktəblərdəki şagirdlərə baxsanız bir çoxunun dərsdən qaçdığını, yaxınlıqdakı oyun salonlarında vaxt öldürdüyünün şahidi olarsınız. Sanki ilin əksər günlərində dərsdən yayınan bu uşaqlar haqqında ciddi tədbir görüblər. Üstəlik telekanalizasiyalar nəinki uşaqlarımız elə böyüklərimizin də mənəviyyatını pozduğu halda bircə gün – Aşura günü bəzi nadanların gözünə girir. Bütün bunlar təbii ki, məqsədyönlü şəkildədir. Çünki insanlar Aşura məclislərində iştirak etdikcə gözləri açılır, haqlarını tələb etməyə başlayırlar. Bu da zalımlara heç cür sərf eləmir.


305 بازدید
در حال ارسال اطلاعات...