Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2018

Əmr sahiblərinə itaətin vacib olması

“Əmr sahibləri” ayəsi imamətin və şiə imamlarının (ə) məsumluğunun sübutu üçün ən mühüm ayələrdən biridir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

"Ey iman gətirənlər! Allaha və elçisinə itaət edin, həm də özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." (Nisa, 49).

İzah: “Əmr sahibləri” ayəsi imamətin və şiə imamlarının (ə) məsumluğunun sübutu üçün ən mühüm ayələrdən biridir. Bu ayəyə görə, Allah “Əmr sahibləri”nə itaət etməyi Özünə və elçisinə itaət etməklə bir tutmuş və möminlərdən bütün həyat məsələlərində onlara itaət etmələrini istəmişdir. Şiə və əhli-sünnə məxəzlərində çox sayda rəvayətlər nəql olunmuşdur ki, hamısı “Əmr sahibləri”ndə məqsədin məsum imamlar (ə) olduğunu göstərir. Hətta onların bir çoxunda imamların adı aydın ifadə olunmuşdur. Qeyd edək ki, bu ayə imamət prinsipinin sübutu üçün nəqli bir dəlildir. Belə ki, həm nazil olma səbəbini göstərən rəvayətlərlə birgə şiə imamlarının (ə) imamətini sübut edir, həm də onların məsum olması zərurətini ifadə edir. Çünki onlara mütləq itaət əmri onların bütün işlərinin və məsum olmalarının təsdiqidir.

Hədis: İmam Səccad (ə): “Həqiqətən, Allah Peyğəmbərin (s) nəslindən pak insanları bütün yetkinlər üçün imam və rəhbər seçdi və onlara itaəti vacib etdi.” (İmam Həsən Əskəriyə (ə) isnad edilən təfsir, səh. 99, hədis: 356).


141 بازدید
در حال ارسال اطلاعات...