Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2018

Quran yolu ən doğru yoldur

Quran batil sözün ona yol tapa bilmədiyi, sapma və təmayüldən uzaq olan bir kitabdır
إِنَّ هَٰذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا

"Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!" (İsra, 9).

İzah: Quran doğru yolu bəyan edir. Yəni insanın kamilləşməsi üçün ən doğru və ən dayanıqlı yola dəvət edir. Quran batil sözün ona yol tapa bilmədiyi, sapma və təmayüldən uzaq olan bir kitabdır. Quran insan fitrətini Allaha doğru oyadan kitabdır. Odur ki, onun ismarışı insanın ehtiyacı ilə səsləşir. Qeyd edək ki, bəzi rəvayətlərdə Quranın hidayət etdiyi yol Əhli-beytin (ə) vilayət yolu olaraq göstərilmişdir. Bu mətləb Quran və Əhli-beytin (ə) tam uzlaşmasından xəbər verir.

Hədis: İmam Səccad (s): “Məsum imam (bəndələri) Qurana doğru yönləndirir, Quran isə imama doğru hidayət edir.” (Məanil-əxbar, səh. 132, hədis: 1).


354 بازدید
در حال ارسال اطلاعات...