Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2018

Ev dustağı fars Kərrubi Ayətullah Xameneini tənqid edirsə...

"Axar" saytı da məlumdur ki, İsrail səfirliyinin bir nömrəli sabun istehsal edən zavodudur
Elçin Mirzəbəyli haqqında yazırlar ki, şairdir, şeir kitabları da fal-faldı. Elə biz də şairlik bacarmasaq da bir misradan dala qalmarıq. Əvvəlcə Elçin bəyə bir misra hədiyyə edək;

Elçin, qalma dağda eldən aralı,
"Axar" saytı İsrailin maralı.
Barı dağda KİV-dən, mivdən də yoxdu,
İran türklərinin "Səhər" kanalı.

"Axar" saytı da məlumdur ki, İsrail səfirliyinin bir nömrəli sabun istehsal edən zavodudur. Bütün günü ölkəsində əzilən xalqı, acından ölən vətəndaşları, haqqı tapdanan yazıq insanları, həbs edilən haqq əhlini görmür, ancaq İrandan yalan-palan xəbərlər yaymaqla məşğuldur. Allah da bunların başına elə qapaz çəkib ki, özlərindən xəbərləri yoxdur.
İndi həmin qapaz haqqında... Deməli, İsrail agenti olan "Axar" saytı eyni gündə (Sentyabrın 2-də) iki xəbər dərc edib. Birinin başlığı belədir: "Xameneinin fəaliyyəti niyə yoxlanılmır? – Kərrubi", o birininki "İranın taleyi haqda bu iki böyük xalq qərar verməlidir – ekspert". Birinci söz güya Mehdi Kərrubiyə aiddir. İkinci söz isə ekspert Elçin müəllimindir. Amma Mirzəbəyli sayt qarışıq bilirsiniz harda rüsvay olub? Məsələ budur ki, Mirzəbəylinin müsahibəsi saat 10:00-da çap olunub. Başlayıb ki, İranda 40 milyon türkün haqqı tapdanır, azadlıqda deyillər, məktəbləri filan yoxdur. 5 saat sonra (15:35-də) Kərrubinin şikayətləri dərc edilib. Yəni "Axar" saytı İsrailin yazdığı vərəqdən oxuyan Elçinə mədəni formada deyib ki, "sən qələtvü elə, otur aşağı". Yəni ki, İranda türklər azadlıqda deyilsə, haqlar tapdanırsa bəs Kərrubi necə olur ölkənin birinci şəxsini tənqid edir? Bəli, düz deyirsiniz, Kərrubi türk deyil, deməli, Elçin Mirzəbəylinin səfeh çıxışlarından fərqli olaraq təkcə türk deyil, fars da bu ölkədə İslam dövləti əleyhinə təxribat aparsa ev dustağı edilə bilir. Deməli, mühüm İslam dövlətini və müsəlman İran xalqını qorumaqdır. Fitnəkarınsa milliyyəti olmur. Kərrubi farsdır. Əgər İranda türklər azadlıqda deyilsə onda Kərrubi niyə fars olduğu halda ev dustağıdır. Hələ maraqlısı budur ki, ev dustağıdırsa necə olur ki, ölkənin birinci şəxsini tənqid edir? Üstəlik ölkənin birinci şəxsi türkdür, Kərrubi farsdır. Gərək Mirzəbəyli də elə "Axar" saytı da Kərrubini biabır eləməli idi? Çünki o farsdır, bir türk liderini tənqid edir.
Hələ Elçinin sayıqlamalarına baxın. Deyir ki, İran elmdə dala qalıb. Görünür Mirzəbəyli dağda yaşayır, heç televizoru zadı yoxdur. Heç olmasa otur televizorun qabağında İranın texnikada, raket, silah istehsalında necə qabağa getdiyini gör. Heç olmasa İran türklərinin "Səhər" kanalına bax gör türklər orda azadlıqdadır, yoxsa yox. Heç olmasa Lənkərandan daha çox yaxın olan İrana axışan həmyerlilərimizi gör. Gör onlar necə səf-səf düzülüb Tehrana, Ərdəbilə, Təbrizə müalicəyə gedirlər. Heç olmasa kor gözünü aç bax gör 40 ildir ABŞ İrandan nə üçün qorxur? İran bu saat nüvə enerjisini zənginləşdirən ölkələrdəndir. Əgər İran geridə qalıbsa onda sən batmış hesab olunursan. Sonra deyir ki, "insan hüquq və azadlıqlarını arxaik ideyalara, elmi əsası olmayan mülahizələrə tabe etdirmək mümkün deyil." Bədbəxt anlamır ki, arxaik dediyi İslamın təlimləri əsasında İran xalqı inqilab etdi və İslamın elmə yiyələnmək, zülmə etiraz etmək, haqları tapdamamaq məsələləri barədə olan dərsləri hesabına inkişaf etdi. Özü də deyir ki, bu iki xalq – fars və türk xalqı bu ölkənin taleyini həll etməlidir. Onda sən nə qələt edib səfehləyirsən? Bu xalqlar çoxdan İranın İslam quruluşlu olmasını istəyib və səs veriblər. Bir məsələ də vardır ki, Elçinin "arxaik" hesab etdiyi qanunların toplusu olan Quran buyurur ki, biz insanları bir-birini tanısın deyə xalqlara, qəbilələrə böldük. İslam gəlib qara-ağ, fars-türk arasında fərq qoymadı, amma gerizəkalı, 500 il müasir bəşər düşüncəsindən geri qalmış Elçin İranda fars-türk qırğını salmağa çalışır.
Onu da deyim ki, Elçin kimi insanlar vicdanına tüpürmüş insanlardır. Bilirsiniz niyə? Çünki deyir İranda türklərə azadlıq verilmir. Deyəsən, ay vicdansız məxluq, Azərbaycanda sənin türkün sayılan Əbülfəz Bünyadov iflic vəziyyətdə zindana göndərildi, camaatın cibinə narkotik atıb şərləyirlər, ruhanini narkoman, dövlət düşməni elan edirlər, kim haqqı deyir atırlar həbsə... Sən vicdanlı bir türk olsaydın bu insanların haqlarını qoruyardın. Məgər onlar türk deyillər? Yoxsa bir türkü müdafiə etmək üçün illa da İsrail səfirliyindən icazə almalısan?


1137 بازدید
در حال ارسال اطلاعات...