Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2018

Əhli-beyt (ə) Allaha yaxınlaşmaq üçün vasitədir

Təvəssül nəinki şirk deyil, əksinə Quranın tövsiyə etdiyi yolla Allahla əlaqə yaratmaqdır
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

"Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız." (Maidə, 35).

İzah: “Vəsilə” və ya “Təvəssül” ayəsi kimi məşhurlaşan bu ayə təkid edir ki, əbədi nicata qovuşmaq və xüsusi ilahi lütflərdən faydalanmaq üçün Ona yaxınlaşma vasitələrindən istifadə etmək lazımdır. Allaha yaxınlaşmağın ən mühüm vasitələri Ona və Peyğəmbərə (s) inam, cihad, namaz, zəkat, oruc və həcc kimi ibadətlər, qohumlarla xoş münasibətdə olmaq və Allah yolunda xərcləməkdir. Əhli-beytə (ə) təvəssülün də ilahi lütf və sevginin cəlb olunmasına çox böyük təsiri var. Çünki onlar xalq və Allah arasında əlaqə vasitəsi, Allah yanında böyük məqam sahibidirlər. Bütün bunlar göstərir ki, təvəssül nəinki şirk deyil, əksinə Quranın tövsiyə etdiyi yolla Allahla əlaqə yaratmaqdır.

Hədis: İslam peyğəmbəri (s): "Hüseynin (ə) soyundan gələn imamlar – hansılar ki, kim onlara itaət etsə, Allaha itaət etmiş, kim onlara asi olsa, Allaha asi olmuşdur – möhkəm (təqva) dəstəkləri və Allaha yaxınlaşmaq üçün vasitələrdirlər." (Üyuni-əxbari-Rza, c. 2, səh. 58, hədis: 217).


261 بازدید
در حال ارسال اطلاعات...