Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2018

Balkondan zivə ipləri əvəzinə körpülərdən intihar iplərini yığışdırın

Bakı kimi yerdə intihar iplərini yığışdıra bilməyən hakimiyyət adamları...
Eldar Əzizov sərsəm fəaliyyətinə davam edir. Kişinin oğlu güya balkonlardan asılan zivə iplərini yığışdırır. Allah Abutalıbovun atasına "rəhmət" eləsin. Əlbəttə rəhmət oxumazdım, amma onun xələfi, sərsəm Eldar Əzizov Abutalıbova rəhmət oxutdurur. Yazıq Bakıya bir nəfər düz-əməlli, ağlı başında mer nə vaxt gələcək? Abutalıbovu şizofren, başdan xarab hesab etdilər, dedilər başına at təpib, hər nə etdilərsə kişini o dünyalıq (təqaüdlük) elədilər. İndi yerinə gələn deyəsən ondan daha çox başdan xarabdır. Əmr verib ki, balkonlardan asılan zivələr yığışdırılsın. Səbəb isə güya Bakının ümumi mənzərəsi pozulur. Bunu isə sosioloq Əhməd Qəşəmoğlu deyib. Əlbəttə sosioloq da görünür başçının ağlında bir adamdır. Ona görə ki, onun etdiyi işə bəraət qazandırıb. Amma burada belə bir sual verilir: Görəsən qanun bütün Bakıya aiddir yoxsa şəhərin mərkəzində oldu bəs edir? Desələr ki, bütün Bakıya aiddir ikinci sualı tolazlayırıq: niyə? Cavab: çünki Bakının görüntüsünü, mənzərəsini pozur. Sual: məgər Bakının hər yerinin dərd-səri bitib ki, növbə çatıb balkona. Bədbəxt oğlu, Bakının yerini düzəltmisən ki, indi göyünü düzəldirsən? Güya Bakının it iyi verən, mikroblu zibil qutuları həll olundu, yağış yağanda üzə çıxan kanalizasiya zir-zibilləri düzəldi, indi qaldı balkonlar? Məgər Bakının dağılıb tökülmüş asfaltları, kasıbların qaldıqları gecəqondular düzəldi ki, növbə balkonlara çatdı. Bakıda yerlər var ki, adam orada yaşayan insanları gördükdə təəccüb edir ki, ilahi, bura da insan ayağı dəyərmiş?
Özü də hörmətli sosioloq Naxçıvanı misal çəkir. Elə də nümunə göstərir ki, güya Vasif Talıbovun başı Eldar Əzizovdan yaxşı işləyir. Bir diktatora digər diktatoru misal göstərir. Daha sonra deyir ki, başqa xarici ölkələrdə bu problem çoxdan həll edilib. Birincisi kim deyir ki, bu, problemdir. Gedin dediyimiz problemlərin həlliylə məşğul olun. İkincisi o ölkələr hans ölkələrdir görəsən? Mütləq bilirəm ki, yenə hansısa Avropa şəhərini, yaxud ABŞ-ı misal gətirəcəklər. Ola bilər olsun. Amma o şəhərlər elə şəhərlərdir ki, orada insanların problemləri həll olunur, insanı insan yerinə qoyurlar. Mən demirəm o ölkələrdə ümumiyyətlə problem yoxdur. Var, amma mühüm problemlər həll edilir, Azərbaycanda, xüsusən Bakıda isə problemlər zibil qutularındakı zibillər kimi aşıb daşır.
Dərd budur ki, Bakı kimi yerdə intihar iplərini yığışdıra bilməyən hakimiyyət adamları, Eldar Əzizov kimi ipləri başqalarının əlində olan nadan, düşüncəsiz insanlar balkonlardakı zivələri yığışdırmaqla məşğuldur. Bilirsiniz niyə? İndi deyəcəksiniz ki, Bakının gözəlliyinə xidmət edən qanunu da bəyənmirik. Əslində belə deyil. And içirəm ki, bu, Bakının gözəlliyinə yox, öz ciblərinə xidmət edir. Əgər Bakının gözəlliyini Bakı sakininin rahatlığı üçün nəzərdə tutulubsa onda sakini rahat buraxın, qoyun ona necə rahatdır elə etsin. Amma əslində o ciblərinizə xidmət edir. Necə? Belə ki, bu, əbəs yerə bu cür deyil. Bunun səbəbi var. Səbəb də budur ki, Azərbaycanda hakimiyyət adamlarını ancaq Bakının zahiri gözəlliyi, daşı-divarı, qalası, binası, körpüsü maraqlandırır. İnsanı yox. Bunun da səbib var. Çünki Bakının zahiri gözəlləşəndə ora turist çox gəlir. Amma insanı, mənəviyyatı gözəlləşəndə, insanı özünü ipdən asıb öldürməyəndə turist gəlmir. Çünki əksər turistlər də Bakını, bütövlükdə Azərbaycanı fahişəxana kimi görürlər. İntihar ipləri ona görə yığışdırılmır ki, adamlar nə qədər çox ölsə bir nəfərin də sayı azalır deyə pulpərəstlər sevinir. İntihar iplərini isə yığışdırmaq daha asandır. İntihara əl atmağa vətəndaşı məcbur edən problemləri aradan qaldırırsan, iş düzəlir. Amma hakimiyyətin işi turist ovudur. Çünki turist gəlməyəndə hakimiyyətin cibinə pul girmir. Deməli, bunların bütün öldükləri-qaldıqları öz cibləridir. Ona görə də Azərbaycanda nə iş edirlər etsinlər xalq bilir ki, bunun altında milyonlarla gəlir, pul, dünya malı dayanır. Yoxsa cəhənnəmə olsun Bakı da Bakının gözəlliyi də, onun sakini də, sakinin mənəviyyatı da.


1117 بازدید
در حال ارسال اطلاعات...