Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2018

Hər an gələ biləcək ölüm

Onlar Allahdan su istəyirlər. Amma onlara...
مِنْ وَرَائِهِ جَهَنَّمُ وَيُسْقَىٰ مِنْ مَاءٍ صَدِيدٍ يَتَجَرَّعُهُ وَلَا يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِنْ كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ وَمِنْ وَرَائِهِ عَذَابٌ غَلِيظٌ

"Qabaqda onu Cəhənnəm gözləyir; (orada) ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir." (İbrahim, 16-17).

İzah: Cəhənnəm əhlinin əzabını təsvir etmək əbədi Axirət dünyası üçün azuqə hazırlanmasını yada salmağa səbəb olur. Cəhənnəm əhlinin əzabı bu ayədə belə vəsf olunur ki, onlar Allahdan su istəyirlər. Amma onlara irinli su verilir. Onu çətinliklə içəndə acı və odlu olduğu üçün uda bilmirlər. Həmçinin, ölüm hər tərəfdən onlara doğru gəlir. Lakin onlar ölmürlər ki, əzabları kəsilməsin. Beləcə, daim əzabda qalırlar.

Hədis: İmam Əli (ə): “O oda necə dözüm ki, onun bir qığılcımı Yerə düşsə, bütün bitkilər yanar. Kimsə bir dağa sığınsa, istiliyi onu oradaca bişirər.” (Əmali, Səduq, səh. 620, hədis: 7).


245 بازدید
در حال ارسال اطلاعات...