Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2018

Allahı xatırladan ən yaxşı vasitə

Namazın ən mühüm hikməti davamlı olaraq Allahı yad etməkdir
... وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
"Məni xatırlamaq üçün namaz qıl!" (Taha, 14).

İzah: Namazın bir çox hikmətləri və faydaları vardır. Allahı yad etmək, günah və pis işlərdən çəkinmək, ruhun paklanması, iradənin güclənməsi, təkəbbür və qürurun aradan qalxması və s. bu faydalardandır. Bütün bunlarla yanaşı namazın ən mühüm hikməti davamlı olaraq Allahı yad etməkdir. Allahı yad etmək ürəklərin təskinlik, bəndələrin (qəflətdən) oyanma səbəbi olduğu üçün namaz da təskinlik və qəflət yuxusundan oyanma vasitəsidir. Əgər namazı Allahı yad etməyin bariz nümunəsi hesab etsək, – bu həqiqətən də belədir – onu tərk etmək Allahı xatırlamağı tərk etmək deməkdir və məişətdə sıxıntı, dünya və axirətdə bəsirətsizlik kimi nəticələr törədir.

Hədis: İmam Sadiq (ə) – namazın hikməti haqqında suala cavab verərkən –: “Əgər yalnız dinin gəlişi və kitabın (Quranın) xalq arasında mövcudluğu ilə kifayətlənilsəydi, Peyğəmbərin (s) xatirəsini onların arasında yaşadan bir amil olmasaydı, keçmiş dinlərin taleyinə məhkum olardılar.” (İləluş-şərai, səh. 317, hədis: 1).


885 بازدید
در حال ارسال اطلاعات...