Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2018

Şah İranı bir vaxtlar Avropanın, Azərbaycan indi ərəblərin...

90-cı ildən bu yana düşmənlə olan problemimizi həll edə bilməmişik
Bundan qabaq da yazıb məsləhət gördük ki, öz ölkəmizə sahib çıxmalıyıq. İrana 40 ilə yaxındır ki, embarqo qoyublar. Bu ölkə hər dəfə bu vəziyyətdən nəinki özü qələbə ilə çıxır bundan başqa digər ölkələri də himayə etməyi bacarır. Bəs biz bu neçə ildir nə işlə məşğuluq? 90-cı ildən bu yana düşmənlə olan problemimizi həll edə bilməmişik. İran düşmənə bir qarış torpaq vermədi biz isə düşmənə vermədiyimiz torpaqları (80 faiz) bir dəstə işğal edib.

Ümumiyyətlə özümüzə sual vermək lazımdır. Biz Azərbaycanı dünyaya necə tanıtmışıq? Torpağı işğal olunan, bir milyona yaxın qaçıqını olan ölkə kimi. Bundan başqa hakimiyyətimiz dünyada diktatura rejimi kimi tanınır. Yüzlərlə insan nahaqdan həbs edilib. Rüşvətxorluq, yaltaqlıq, kasıbçılıq, əxlaqsızlıq baş alıb gedir.

Başqa vaxt deyirlər biz dünyaya tanınmışıq amma pis işlərdə ad çıxarmışıq. Bəyənmədiyimiz İran şah zamanında qərb ölkələrinin fahişəxanası kimi tanıyırsız, amma Azərbaycan hazırda ərəb ölkələrindən gələn əxlaqsızlıq turistlərin fahişəxanası sayılır. İraqa müsəlman səfər edərkən ziyarət məqsədilə səfər etdiyi halda bizim ölkəmizə əxlaqsızlıq üçün səfər edirlər. Bilirsinizmi niyə belədir? Çünki əxlaqsızlığa hakimiyyətimiz özü bu şəraiti yaradır, ona xalqın oyanıb haqqını, itirdiyi mənəviyyatını qaytarması sərf eləmir.

Bəyənmədiyimiz İran ölkəsində bütün günü şəhidlər təbliğ edilir, bu ölkəyə səfər edən hər kəs bilir küçələrdə yol boyunca şəhidlərin rəsmi vurulur. Azərbaycan ölkəsində isə bütün günü şou biznes reklam edilir, alçaq, vicdanını itirmiş insanlar bu xalqa hakim olur.

İndi ola bilər kimsə desin ki, sən hakimiyyətimizi yaxşı tanımamısansa günah səndədir. Bu şübhəyə bu cür cavab veririk ki, əgər bir hakimiyyət öz vətəndaşına özünü yaxşı tanıtmayıbsa, alçaqlıq, rəzilliklə yaddaşlara həkk olunubsa onda bu hakimiyyət bizi dünyaya necə tanıda bilər?

Bütün bunlar xalqı uçuruma aparır, xalqı bundan pis fəlakətlər gözləyir. Təbii ki, onu da deyim ki, mətbuat vasitəsilə İranı gündəmdə saxlamaq iki şeydən xəbər verir : 1. Qoy ölkədəki özbaşınalıqlar gündəmdən düşsün. Xalqın başı kənar xəbərlərə qarışsın. 2. Qoy desinlər ki, hətta İran kimi bir ölkə müharibə təhlükəsiylə üzüzə dururkən, Azərbaycanda sabitlik hökm sürür. Sabitlik hökm sürdükdə də hakimiyyətin zülmləri hökmranlıq edir.


1199 بازدید
در حال ارسال اطلاعات...