Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2018

Yalan

Onu etməklə bir fərdin dini inanclarının gövdəsi bütünlüklə sarsılır
إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِآيَاتِ اللَّهِ وَأُولَٰئِكَ هُمُ الْكَاذِبُونَ

"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar." (Nəhl, 105).

İzah: Yalan bir çox əxlaqi qəbahətlərin kökü və günahların açarıdır. Bu pislənmiş əməlin şiddəti və böyüklüyü haqqında rəvayətlərdə onun möminin etmədiyi yeganə günah kimi göstərilməsi kifayətdir (İxtisas, səh. 231). Buna səbəb odur ki, yalan ikiüzlülükdən, qorxudan, mənfəətpərəstlikdən, ilahi ədalət və elmə inamsızlıqdan mənşə alır. Onu etməklə bir fərdin dini inanclarının gövdəsi bütünlüklə sarsılır. Yalanın məşum nəticələri kimi ümumi etibarın itirilməsini, ikiüzlülük yaranmasını və dini inancların zəifləməsini göstərmək olar. Məhz bu səbəbdən dini mətnlərdə zarafatla yalan danışmaq da qadağan edilmişdir. Hərçənd ki, bəzi hallarda – rəvayətlərdə bəyan olunan – bəzi məsləhətlərə görə yalan icazəli, müstəhəb və vacibə ayrılmışdır. Bunu da qeyd etmək lazımdır ki, yuxarıdakı ayədə yalanın bariz nümunələrindən biri (Allaha yalan isnad etmək və iftira atmaq) qeyd olunmuşdur.

Hədis: İmam Əli (ə): “Bəndə yalanı – istər ciddi, istərsə də zarafatyana – tərk etmədən imanı dada bilməz.” (Kafi, c. 2, səh. 34, hədis: 11).


205 بازدید
در حال ارسال اطلاعات...