Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2018

Əyyubun (ə) problemlə üzləşdikdə etdiyi dua

Həzrət Əyyub (ə) Allahın müxtəlif bəlalarla sınağa çəkdiyi peyğəmbərlərdəndi
وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَ

"Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla gəlibdir. Sən rəhimlilərin ən rəhimlisisən!” Biz onun duasını qəbul etdik və ona gəlmiş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik." (Ənbiya, 83-84).

İzah: Həzrət Əyyub (ə) Allahın müxtəlif bəlalarla sınağa çəkdiyi peyğəmbərlərdəndir. Amma o, səbir etdi və dilinə şikayət, dözümsüzlük iyi verən heç bir söz gətirmədi. O, möminlər üçün səbir örnəyidir. Allahın bu xalis bəndəsinin duası başdan-başa Allah qarşısında ədəb və təvazödür. Birincisi, o, müsibətləri Allaha isnad etmədi və: “Mənə bəla gəlmişdir” – dedi ki, Allahın Müqəddəs şənini özünə zülmdən pak sansın. İkincisi, öz hacətini ifadə etməkdən də çəkindi və yalnız Allahı rəhmət sifəti ilə səslədi. Çünki Allahın onun hacətini bilməsinə inanırdı.

Hədis: İslam peyğəmbəri (s) “Ya Ərhəmər-rahimin” – deyən bir kişini gördü. Ona buyurdu: “Allahdan hacətini istə. Çünki O, sənə nəzər salmışdır.” (Biharul-ənvar, c. 9, səh. 234, hədis: 7).


72 بازدید
در حال ارسال اطلاعات...