Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2018

Anasını öldürüb özünü yasına buraxırlar

Təəssüf ki, xəstə təfəkkürlü insanlar anası sağ ikən onun anasının yanında olmasına, işləyib pul qazanıb anasına baxmasına şərait yaratmadılar.
Mehman Hüseynovun anası dünyasını dəyişdi. Özünü də müvəqqəti olaraq azadlığa buraxdılar ki, qoy gedib anasının yasında iştirak eləsin. Bu insanlardakı xəstə təfəkkürü anlamaq çətindir. Deməli kişinin anasını öldürürlər sonra da özünü onun yasına çağırırlar. Sonra da üç dörd nəfər yaltaq tapırlar ki, durub öz çıxışlarında şahın "mərhəmətindən" dissertasiya yazıb yaltaqlıq elmləri üzrə fəlsəfə doktoru olsun. (Onsuz da bizdə ad almaq üçün yaltaq olmaq kifayətdir)

Mehmanın mərhum anasını bunların öldürməsi məlumdur. Çünki öldürmək üçün illa da gəlib adamı güllə ilə vurmaq lazım deyil. Bir ananın çərləməsi, ürəyinin partlaması üçün azyaşlı oğlunun həbsə şərlənərək atılması bəsdir. Təbii ki, hansısa bir cani haqlı olaraq həbs edilsəydi deyərdik ki, bəli insanlıq edib ömürlərində ikinci dəfə düz iş görüblər. (birinci düz işin hansı olduğunu müvafiq orqanlar araşdırmalı)

Məncə Mehmanın anasının məhz bu günlərdə vəfat etməsində Allahın xüsusi bir mesajı var. Təbii ki, qeybə aid məsələlər dəqiq bilmirik, sadəcə zənn edirik. O mesaj bundan ibadətdir ki, Allah batil insanlara bildirir ki, siz pul alıb iki insan qatilini həbsdən çıxara bilərsiniz. Sizdən fövqəl bir qüvvə də var ki, müvəqqəti də olsa yazdığınızı pozub özü yaza bilər. Diqqətdən yayınmasın ki, Mehmanın həbsdən çıxması Nailin həbsdən çıxmasından bir neçə gün sonra olub. Bu mesaj isə xüsusən birinci şəxsədir ki, o, Nailin çıxmasına göz yummaq əvəzinə Mehmana "dövlətə xidmət naminə" ordeni verməli idi ki, o, dövlətə xəyanət edən məmurları tapıb üzə çıxarırdı. Bununla da xalqa sübut edərdi ki, məmurları danlamaqda səmimidir.

Məlumdur ki, Mehman uşaqdır, emossiyalarına qapılıb bir qədər də müvəqqəti də olsa azadlığa çıxmaq naminə şahın "mərhəmətini" ola bilsin qəbul edəcək. Amma bu "mərhəmət" Hacı Tale kimi birinə göstərilsəydi Hacı Tale ölümün Allahın vədi olduğunu bildiyi üçün şahın "mərhəmətindən" imtina edəcəkdi. Çünki hamı bilir ki, bu insanlar Hacı Taleni ora çağırıb "gördünüzmü Allah sizin ailənizlə neylədi?" deyəcəkdilər? Hacı Tale isə gözəl bilir ki, haqsız yerə həbs edilib. Həbsdən ancaq ayağına gəlib ondan üzür istədikdən və ona dəyən maddi - mənəvi zərəri ödədikdən sonra onu azadlıqda görmək olar. Elə Mehmanın da məsəli bu cürdür.

Təəssüf ki, xəstə təfəkkürlü insanlar anası sağ ikən onun anasının yanında olmasına, işləyib pul qazanıb anasına baxmasına şərait yaratmadılar. Anası da bir oğlu həbsdə digər oğlu vətəndən didərgin (mühacirətdə) olan bir anadır. Bu ananın ürəyi qubar olmasın neyləsin.

Anasını öldürüb özünü onun yasına buraxıblar ki, anasının cənazəsini gördükdə ürəyi partlayıb ölsün. Həsənovların da Nailləri "papa şotuna" "mama uşaqı" kimi Mehmanların olmadığı dünyada rahat nəfəs alsınlar.


90 بازدید
در حال ارسال اطلاعات...