Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2018

Hafiz Hacıyev məmurları danlamaqda daha səmimidir

Hafiz Hacıyevin diliylə desək Əli Həsənovun küçüyü həbsdə 6 il qalmalı ikən azadlığa buraxılır
Əli Həsənovun nəvəsinin həbsdə bir ili tamam olmadan məhkəmə zalından azadlığa buraxılması məsələsi gündəmdən düşməməlidir. Bu məsələ o qədər danışılmalıdır ki, bu həyasız simalar bəlkə həya edib vətəndaşa hörmət qoysun. Təsəvvür edirsinizmi ki, iki insanın ölümünə bais olan bir insan, Hafiz Hacıyevin diliylə desək Əli Həsənovun küçüyü həbsdə 6 il qalmalı ikən azadlığa buraxılır, amma zülmlərə etiraz edən, ədalətsizliklə barışmayan insanlar on il, on iki, on beş müddətinə azadlıqdan məhrum edilirlər. Vicdanına ellərin tüpürdüyü deputatxananın insan zahirli, heyvan batinli məxluqları da buna göz yumurlar.

Mən qətiyyətlə deyə bilərəm ki, Hafiz Hacıyevin məmurları danlaması, onların qudurğan balalarına nifrət eləməsi, Əli Həsənovun nəvəsinə "Əli Həsənovun küçüyü" deməsi daha çox səmimidir nəinki İlham Əliyevin dodaqları əsə-əsə "qudurğan məmur balaları" sözünü dilinə gətirməsi. Belə baxanda həmin qudurğan məmur balaları İlham Əliyevi barmağında oynadırlar. Şəxsən Əli Həsənovun nəvəsi babasının, qayınatasının pulları və zibilləri hesabına İlham Əliyevi satın ala bilir. Çünki məlum məsələdir ki, İlham Əliyevin bu işdə çoxdan payoku çatıb. Əgər İlham Əliyevi bir vətəndaş pulla satın ala bilirsə erməninin Qarabağı pulla alması real məsələdir. Yəni İlham Əliyev ədaləti, qanunu nəhayət vicdanını pula satırsa Qarabağı da ermənilərə satması labüddür.

İlham Əliyev dəfələrlə qudurğan məmur balalarının əlindən əziyyət çəkdiyini dilinə gətirir. Amma qeyri-səmimidir. Gözünün içinə qədər yalan deyir. Hətta barmağını qaldırıb silkələyəndə bəlkə on-on beş dəfə götür qoy edib sonra barmağını qaldırır. Məmurlar və onların qudurğan nəvələri isə həmin barmağa İlham Əliyevin özünü dolayırlar. Çünki əgər belə olmasaydı, İlham Əliyev rüşvət alıb Həsənovun nəvəsinin azadlığa çıxmasına razılıq verməsəydi Nail Allahverdiyev indi həbsdə olmalı idi. Kiçik bir müqayisəyə siz də şahid olun. Bir vaxt hansısa generalın oğlu avtobus sürücüsünü döydüyü üçün atası və özü danlanır. Hansı ki, bu iş cinayət və insanlıqdan kənar bir iş olsa da adam öldürmək qədər ağır cinayət deyil. Bu cür adamlar müxtəlif bəhanələrlə bəraət ala bilərlər. Amma Əli Həsənovun nəvəsinin adam öldürməsi İlham Əliyevin əlinə yaxşı mənada bəhanə verə, onun qudurğan məmur balalarını danlamaqda qətiyyətini daha da artıra bilərdi. Çünki zarafat deyil, iki nəfəri vurub maşınla öldürüb. Üstəlik məhz bu hadisədən sonra onun hərbi xidmətdən yayınması, maşın kolleksiyasına sahiblənməsi, heç bir işin-gücün sahibi olmayıb avara kimi süləndiyi halda bu qədər var-dövlətə sahib olması açıqlandı. İlham Əliyev bütün bunlardan istifadə edib onu həbs etməli idi ki, digər məmur balalarına dərs olsun. Amma bu gün Nail Allahverdiyev İlham Əliyevi pulla ələ ala bilirsə, sabah digər məmurlar da İlham Əliyevi pulla alacaq. Nail Allahverdiyevin isə maşın kolleksiyası, işləmədiyi halda yığdığı var-dövlət, hərbi xidmətdən yayınması cəhənnəmə, heç olmasa adam öldürməsinə görə ona ən azı 5-6 il həbs verilməli idi. Amma İlham Əliyev özünü pula sataraq onun yerinə həbsə girməyə hazır olduğunu göstərdi.


102 بازدید
در حال ارسال اطلاعات...