Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2018

Pul məhkəməsi, pul deputatı, pul tərifi

"Qaçqınkom"un rəisi olan Əli Həsənovun nəvəsi Naili məhkəmə azadlığa buraxıb. İndi hansı şərtlə buraxıb, qarşısına nə məsuliyyət qoyub – bütün bunlar dəysin məhkəmə hakiminin təpəsinə
Azərbaycanda məhkəmələrin pullu olduğunu, sifarişlə işlədiyini, ədalətdən uzaq olduğunu dəfələrlə yazıb əziz oxucuların diqqətinə çatdırmışıq. Bu günlərdə bir xəbər bir daha bunun əsassız iddia deyil, əsaslı məsələ olduğunu sübut etdi. Keçmiş baş nazir müavini, "Qaçqınkom"un rəisi olan Əli Həsənovun nəvəsi Naili məhkəmə azadlığa buraxıb. İndi hansı şərtlə buraxıb, qarşısına nə məsuliyyət qoyub – bütün bunlar dəysin məhkəmə hakiminin təpəsinə. Onsuz da Azərbaycanda vətəndaş ölü kimi bir şeydir, bu ökədə Nail kimi qudurğan məmur balalarının vurub öldürdüyü kasıb balaları heç bir əhəmiyyət daşımır. 9 milyonu idarə edə bilməyən hakimiyyət ölkəmizdə adam öləndə az qalır sevinsin ki, nə yaxşı ki, bir nəfər də öldü.

Bəli, Nail adam vurub öldürmüşdü, amma sifarişli məhkəmə onu azadlığa buraxdı. Çünki babası vəzifə sahibi idi, qayınatası DSX-nin rəisidir. Yetəri qədər sandıqlarını qaçqınların pulu, xalqdan oğurladıqları pullar, rüşvətlərlə doldurublar. Özünün də ki, bu ölkədə hansısa hakimiyyət nümayəndəsi ilə davası yoxdur ki, sifarişlə onu həbs etsinlər. Gərçi olsaydı yenə ifarişlə həbs ediləcəkdi, olmaması isə məhkəmənin sifarişli olmasını dəyişməyib. Yenə sifarişlə, pulla həbsdən zahiri azadlığa buraxılıb. Əvəzində isə haqqı tələb edən şir kimi oğullar qandallanıb həbsə atılıb.

Nail kimi, hətta ondan daha beş betər bir insanın da başına belə hadisə gəlmişdi. Deputatxananın keçmiş qadın deputatı o boyda həngamədən, dələduzluqdan sonra iki il həbs yatıb azadlığa çıxdı. Çünki o bir füqur idi, öz böyüklərinin zibillərini bilirdi. Əslində onun cinayətkarlıq və dələduzluğu hakimiyyətin boynunda idi. Hakimiyyət də özünü iki illə yola verdi.

Bu qadın deputat yadıma başqa qalmaqalda və dələduzluqda adı hallanan bir qadın deputatı xatırlatdı. Hazırda deputatxananın "əfv komissiyasının" üzvü olan Axundovanın adı 8 milyonluq borcda, atmaqda, aldatmaqda hallanır. Bu da başqa qadın deputat. Deməli, təkcə məhkəməmiz deyil, deputatxanamız da pulladır. Əlbəttə bu cür adamlar ağır cəzalanmazlar. Çünki hər iki deputat hakimiyyətə bir ömür bəs edəcək qədər mədhlər deyiblər. Təbii ki, mədhlərinin hər birinin arxasında ailə biznesini inkişaf etdirmək dayanır. Təəssüflər olsun ki, İlham Əliyev onun və ailəsinin mədhinin arxasında bu cür halların dayandığını gözəl bilsə də bu pis vəziyyəti aradan qaldırmaqdan ötrü bir iş görmür. Kim ailə biznesini inkişaf etdirmək istəyirsə prezident və onun ailəsini mədh edir, yalandan təriflər deyir və beləliklə də öz istiqbalını sığortaladığını düşünür.

Deputatxananın quş buraxan deputatlarından biri də saqqalsız ağsaqqal Hadı Rəcəblidir. Yeni bir videosunda deyir ki, süpürgəçi arvadlar üzlərini gizlədirlər. Halbuki üç saat işləyib 300 manat pul alırlar. Daha sonra deyir ki, yaxşı işdir. Bu cür alçaq deputatlara deyəsən ki, yalansa əndamın yansın əgər o üç saat işləyirsə, ikincisi əgər bu ən yaxşı işdirsə niyə gedib sən, sənin ailən, nəsilindəki qadınlar bu işlə məşğul olmur. Onlar üzünü ya soyuğun şiddətindən ya da utancdan örtürlər. Amma sizin kimi sırtıq simaların həyası qalmayıb. Gedib bu işdə işləyə bilərsiniz. Sizin kimi insanlar hər dəfə mədh etdikcə zahirdə ailə biznesləri təhlükə görmədiyi halda onların həyatları təhlükə altındadır. Hər an maşın vurub onların küçənin bir küncünə ata bilər. Başqa vaxt deyir ki, mənim nəvələrim var, məni niyə saytlarda söyürlər? Sən elə söyülməli tipsən.

Bu cür insanların Azərbaycan ictimaiyyətində heç bir yeri yoxdur. İndi Rəcəbli özünü deputatxanada əhəmiyyətli bir insan hesab edir, amma əslində xalqın gözündə Rəcəbli çoxdan o dünyalıq olub. Onun bircə sosial şəbəkədə şəklini paylaşsalar üzünə tüpürməyən, haqqında "şərəfsiz", "alçaq" yazmayan qalmaz.


207 بازدید
در حال ارسال اطلاعات...