Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2018

Kafirlərin nemətlərlə tədrici əzabı

Tədricilik” o deməkdir ki, Allah tədricən kafirlərə və günahkarlara verdiyi neməti artırır və onları tövbədən, əfv diləməkdən çəkindirir
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ وَأُمْلِي لَهُمْ إِنَّ كَيْدِي مَتِينٌ

"Ayələrimizi yalan sayanları özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb (məhvə) aparacağıq. Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, Mənim hiyləm sarsılmazdır." (Əraf, 182-183).

İzah: Kafirlərin dünya nemətlərinə malik olmasının və dərhal cəzalandırılmamasının ən mühüm hikmətlərindən birini anlamaq üçün Allahın iki ənənəsini – tədricilik (istidrac) və möhlət (imla) – izah etmək lazımdır. “Tədricilik” o deməkdir ki, Allah tədricən kafirlərə və günahkarlara verdiyi neməti artırır və onları tövbədən, əfv diləməkdən çəkindirir. Beləcə, şadyanalıq və sərxoşluğa qərq olur, dünyaya daha da bağlanırlar. Sonra ölüm zamanı bütün bu nemətləri birdəfəlik onlardan alır ki, dünya sevgisindən əl çəkmək əzabı da ölüm çətinliklərinə əlavə olunsun. Odur ki, dünya sərvəti və var-dövləti bəziləri üçün Allahın ağır əzabının müqəddiməsidir. Buna görə də dünya zinətlərinə könül vermək və bağlanmaq lazım deyil.

Hədis: İmam Əli (ə): “Ey Adəm övladı! Allaha asi olmana rəğmən hələ də sənə ardıcıl nemətlər bəxş etdiyini görsən, Onun (əzabından) qorx.” (Nəhcül-bəlağə, qısa kəlamlar: 25).


369 بازدید
در حال ارسال اطلاعات...