Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2018

Şiəyə, İrana, Əsədə "dil uzadan" Ərdoğanın Adnan Oktar suçu

Millətin balasını, əxlaqını pozan bir adamın barəsində - bütün bunları bildiyi halda tədbir görməyən insanın ondan fərqi yoxdur.
Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan əxlaqsız Adnan Oktar həbs ediləndən sonra utanmazcasına durub onun haqqında danışıb. Dediklərinin xülasəsi budur ki, Adnan Oktar Üsküdarda Ərdoğanla qonşu olub. Ərdoğan deyir ki, o, əxlaqsız adam idi, ədəbi yerində deyildi. Daha betəri isə keçmiş zaman formasında (qonşusunun keçmişindən) əlavə indiki zamandan da danışıb. Deyir ki, sizin ona təslim etdiyiniz uşaqları, gəncləri alır, onları özünün istəyi kimi yetişdirib ondan sonra da sistemin içinə soxurlar. Həmçinin bildirib ki, buranı (Türkiyəni) ələ keçirmək üçün əməliyyat təşkil edirlər.

Təqribən bir neçə ay bundan qabaq Ərdoğana müxalif olan jurnalistlərdən biri aparıcı olduğu verilişdə Ərdoğana səslənmiş, onu Adnan Oktar barədə tədbir görməyə çağırmışdı. Kimsə durub desə ki, Ərdoğan kor idi, Adnan Oktarın şərəfsizini görmürdü, bu sadəlövhlük olar. Adama deyərlər ki, Trampla görüşdən vurub BMT zallarından çıxan, İŞİD-dən girib prezident seçkisi qutularından çıxan bir adamın öz ölkəsindən xəbəri yoxdursa deməli bu adam nəinki prezident heç adicə partiya sədri olmağı belə haqq etmir.

Ərdoğanın isə Adnan Oktardan xəbəri var idi. Özü illər sonra bunu etiraf edir. Adnan Oktar da balaca adam deyil. Kifayət qədər Türkiyə və hətta Azərbaycanda müridləri olan adamdır. Sionist nazirlərlə konfranslara çıxır, masson olduğunu çəkinmədən deyir. Öz şəxsi kanalında verilişlər aparır, şəbəkə yaradır, boy-boy kitablar çap elətdirir. Sadəcə Ərdoğanın başı öz evindəki (ölkəsindəki) əxlaqsızlığı görmürdü. Ona görə ki, başı Bəşər Əsədin ölkəsinə qarışmışdı. Bu gün Türkiyənin sözün əsil mənasında "zibili çıxdığı" bir vaxtda adam Bəşar Əsədin ölkəsindəki "məzlumlara" yardım etməyi düşünürdü. Çıxıb tez-tez İran, şiə haqqında tərbiyəsizlik edirdi. Üstəlik, Adnan Oktar kimi varlığının mahiyyəti əxlaqsızlığa, İslama ləkə olmağa çevrilmiş digər ünsürləri – İŞİD-i dəstəkləyirdi. İŞİD əsir götürdüyü qadınları satır, ABŞ "müftilərinin" vasitəsilə "cihad nikahı" təşkil edib bu cür əxlaqsızlıq edirdisə, Adnan Oktar nikahsız-filansız özünün "qız tələbələrini" efirdə canlı yayımda öz qabağında oynadırdı. Ərdoğan isə bütün bunları gözəl bilirdi. Amma öz hakimiyyətini saxlamaq naminə Türkiyəni boşlayıb ABŞ-a yararlanmaq üçün İŞİD-ə yardım edir, sionistlərin qəzəbinə gəlməmək üçün Adnan Oktara nəsə edə bilmirdi.

Unutduğu isə iki mühüm məsələ idi. Elə bir mühüm məsələ ki, bundan ötrü onu vətən xaini, türk dünyasının düşməni, üz qarası, dövlət düşməni elan eləsələr belə azdır. Bu iki mühüm məsələni özü Adnan Oktar barədə danışarkən açıqlayıb. Birincisi, özü deyir ki, Adnan Oktar əxlaqsız idi və camaatın balasını (qızlı-oğlanlı) əlindən alıb min cür yalan vəd, şantaj və hədə-qorxu ilə onları istismar edirdi. Deməli millətin balasını, əxlaqını pozan bir adamın barəsində - bütün bunları bildiyi halda tədbir görməyən insanın ondan fərqi yoxdur. İkincisi isə deyir ki, bunlar dövləti ələ keçirmək istəyirdilər. Əgər bunlar dövləti ələ keçirmək istəyirlərsə və sən də bundan xəbərdar olduğun halda tədbir görmürsənsə deməli sən öz dövlətinin bir nömrəli düşmənisən.

Bəli, bu da türk dünyasının "qəhrəman övladı" hesab etdikləri saxtakar və simasız insan. Deyilə bilər ki, Türkiyə sekulyar və dünyəvi dövlətdir. Olsun, amma sekulyarlıq və dünyəvilik Adnan Oktar kimi şərəfsiz olmaq, Ərdoğan kimi şərəfsizliyi bilə-bilə barəsində heç bir tədbir görməmək mənasındadırsa onda belə sekulyarlıq türk xalqına lazım deyil. Çünki mənim bildiyim qədəriylə əxlaqsızlığı, şərəfsizliyi bütün məktəblər, cərəyanlar, siyasi cəbhələr rədd edir. Çünki ümumilikdə insan fitrəti bunu qəbul etmir. Axı əxlaqsız olmaq dövləti uçuruma aparmaq deməkdir. Türkiyə əhalisi Ərdoğanı bütün bunlara rəğmən bir daha hakimiyyət başına gətirməsinə (əgər həqiqətən də şəffaf seçki keçirilibsə) təəccüblənməmək əldə deyil. Çünki bu xalqın əxlaqsızlığı həzm etməsinə inanmaq Ərdoğanın xalq tərəfindən seçilməsinə və sevilməsinə inanmaqdan daha dəhşətlidir.


382 بازدید
در حال ارسال اطلاعات...