Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2018

General Süleymanidən Trampa: Bizə yalvardığınız yadınızdan çıxıbmı? - Video

Siz Yəməndə müharibəyə 2 milyard dollar xərc çəkdiniz, amma onu başa vura bilmədiniz
“Ramazan” əməliyyatının xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən Qüds qüvvələrinin komandiri general-mayor Qasim Süleymani Trampın təhdidlərinə münasibət bildirib və bir sıra hadisələri onun yadına salıb.
General Süleymani İran prezidentinin Amerika əleyhinə açıqlamasını da alqışlayaraq onu İran xalqının ürəyindən gələn dəqiq kələmələr adlandırıb.
Qüds qüvvələri komandiri deyib ki, bir əsgər olaraq, Trampın təhdidlərinə cavab vermək mənim vəzifəmdir. Əgər o təhdid dilindən istifadə etmək istəyirsə, prezident Həsən Ruhani ilə deyil, mənimlə danışmalıdır!
Bundan sonra ABŞ prezidenti Trampa səslənən komandir deyib: “Cənab Tramp! Sən hansı cürətlə bizi təhdid edirsən?”
Qasim Süleymani ABŞ prezidentinin dünya ölkələri ilə bar və qumarxana müdiri kimi danışdığını bildirərək deyib: “Trampın prezident olmasından bir il ötür, amma o, hələ qumarxana və bar ədəbiyyatı ilə danışır. Avropa, Çin, Rusiya, Koreya ölkələri ilə danışanda adama elə gəlir ki, bir qumarbaz danışır. Bu, bir xalqı sındırmaqdır.”
Trampın “İranın başına tarixdə görünməmiş oyun açaram” kimi əsassız və gülünc sözlərinə reaksiya verən komandir deyib: “Sənin heç bir keçmişin yoxdur, fikrin də başqa şeylərə məşğul olduğu üçün düşünə bilmirsən, heç olmaya Amerikanın kəşfiyyat və təhlükəsizlik təşkilatlarından soruş və bil ki, səndən qabaqkılar da İrana heç nə edə bilməyiblər.”
General əlavə edib: “Danışmazdan əvvəl soruş, öyrən, sonra danış ki, bilmədiyin sözləri dilinə gətirməyəsən. Bu 20 ildə sizin İran əleyhinə etmədiyiniz nə qaldı? Amma bunların qarşısında İran xalqı qalib oldu.”



Qüds qüvvələrinin komandiri Amerikanın böyük ordu və təchizatla ilə Əfqanıstan, Pakistan və İraqa hücumlarını, dinc insanların qanlarının tökməsini lakin heç bir nəticə əldə etməyərək, məğlub olduğunu xatırladaraq deyib: “Siz 160 min əsgər və Əfqanıstanda istifadə etdiyiniz döyüş texnikaları, silah-sursat, helikopter, təyyarədən 10 qat çox bir təchizatla məğrur halda İraqa da hücum etdiniz. O vaxtkı komandirinizdən soruşun, kimi mənim yanıma göndərdi və dedi: olar ki, bu ölkədən çıxmağımız üçün bizə möhlət verəsiniz və öz nüfuzunuzdan istifadə edərək İraq mücahidlərinin bir neçə ay bizim əsgərlərimizə hücum etməsinin qarşısını alasınız? Yadınızdan çıxıbmı ki, qorxudan tankların içərisində əsgərlərinizə böyüklər üçün olan bezlər bağlatdırırdınız? İndi qalxıb böyük İran ölkəsini təhdid edirsiniz? Hansı qələbənizə görə belə öyünüb, təhdid edirsiniz?”
Sərdar Süleymani çıxışının digər hissəsində Amerika və onun müttəfiqlərinin Fələstin və Livanda ağır məğlubiyyətlərindən danışıb və Yəmən müharibəsinə işarə edərək deyib: “Siz Yəməndə müharibəyə 2 milyard dollar xərc çəkdiniz, amma onu başa vura bilmədiniz. Yəməndə bir təşkilat sizin qarşınızda dayanmışdır, amma sizin müharibə üçün ən müasir imkanlarınız vardır. Bu dörd ildə nəyə nail ola bilmisiniz? Qırmızı dəniz təhlükəsiz bir dəniz idi. Yüz ildir ki, heç bir mərmi atılmayan bir dənizdə bu gün Riyad və Ərəbistanı oda bürümüsünüz. İndi bizi təhdid etmək istəyirsiniz?”
Amerikanın İranı təhdid edə biləcək gücündə olmadığını bildirən general deyib: “İranın silahlı qüvvələrinin müharibəyə daxil olmasına ehtiyac yoxdur. Mən özüm və SEPAH-ın Qüds qüvvələri sizinlə bacarmağa kifayət edir. Bilin ki, elə bir gecə yoxdur ki, sizi məhv etmək barədə düşünmədən yataq.”
Qüds qüvvələrinin komandiri çıxışının davamında deyib: “Cənab qumarbaz Tramp! Sənə səslənirəm. Bil ki, sənə düşündüyündən daha yaxınıq. Biz şəhadət xalqıyıq, biz hüseynçi xalqıq. Yaxşı olar ki, bunları soruşub öyrənəsən. Biz çətin hadisələri geridə qoymuşuq.
Gəl, biz gözləyirik. Biz döyüş adamlarıyıq. Siz bilirsiniz ki, bu müharibə sizin bütün imkanlarınızın məhv olması deməkdir. Bu müharibəni siz başlada bilərsiniz, amma onun sonunu təyin edən bizik.
Tramp! Bizim xalqı təhdid edə bilməzsən, bizim prezidentimizə hörmətsizlik edə bilməzsən. Nə danışdığını bil, öz sələflərindən soruş və onların təcrübələrindən faydalan.
Amerikada çoxlu araşdırma müəssisələri vardır. Onlardan bizim barədə öyrən. Bizi ölümlə təhdid etmə, biz şəhadətə və hegemonluq edənləri məhv etməyə teşnəyik.”


595 بازدید
در حال ارسال اطلاعات...