Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2018

Bu gün İmam Rizanın (ə) mübarək mövlud günüdür

Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi
İmаm Rizаnın (ә) hәyаtı bаrәdә qısа mәlumаt

İmаm Әli ibn Musа hicrәtin yüz qırх sәkkizinci ili zilqәdә аyının оn birindә аnаdаn оlmuşdur. (Еlаmül-vәrа bi-еlаmil hudа, sәh. 313.) Аtаsı imаm Kаzim (ә), аnаsı isә Tuktәm аdlı fәzilәtli bir qаdın оlmuş, İmаm Rizа (әlеyhissәlаm) аnаdаn оlduqdаn sоnrа İmаm Kаzim (әlеyhissәlаm) о хаnımа Tаhirә аdı vеrmişdir. (Еlаmül-vәrа bi-еlаmil hudа, sәh. 313.) İmаm Әli ibn Musа әlеyhissәlаmın künyәsi Әbülhәsәn, lәqәbi Rizа оlmuşdur. İmаm Rizа (әlеyhissәlаm) аtаsı İmаm Kаzim (әlеyhissәlаm) (hicrәtin yüz sәksәn üçüncü ilindә) Bаğdаd zindаnındа şәhid оlduqdаn sоnrа оtuz bеş yаşındа İmаmәtә çаtmışdır.


İamam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən

İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış imam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi.
Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi. Gecələr az yatar, adətən oyaq qalardı. Əksər gecələri sübhədək raz-niyaz edər, çox vaxt oruc olardı. Ayın əvvəlində, ortasında və sonunda hökmən oruc tutar və buyurardı: “Bu bütün vaxtın orucudur.” Gizli xeyirxahlıqları çox idi. Çox vaxt gecənin qaranlığında infaq edər, imkansızlara əl tutardı. Bir başqasının fəzilətdə ona çatdığına inanmayın! (“Üyuni-əxbarur-Riza”, 2-184, bab 44, hədis 7; “Biharul-ənvar”, 49-91, bab 7, hədis 4)


915 بازدید
در حال ارسال اطلاعات...