Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2018

Peyğəmbər (s) və Əhli-beyt (ə) düşmənlərinə nifrət (təbərra)

Allah-Taala Özü Quranda dəfələrlə kafirləri lənətləmiş...
إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُهِينًا


"Şübhə yoxdur ki, Allahı və Onun elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır." (Əhzab, 57).

İzah: Təbərra Allah düşmənlərinə nifrətini ifadə etmək və küfr öndərlərindən, onların ardıcıllarından uzaq olduğunu bildirməkdir. Məlumdur ki, bir nəfərə tam və sadiq sevgini ifadə etmək üçün onun düşmənlərinə nifrətini bildirmək və onlara qarşı çıxmaq lazımdır. Allah düşmənləri ilə dostluq və səmimiyyət, hətta onlara can yandırmaq Allaha inam və ilahi övliyalara sevgi ilə bir yerə sığmır. Allah-Taala Özü Quranda dəfələrlə kafirləri lənətləmiş və onu insanlıqdan xaric hesab etmişdir. Allah, “Mumtəhənə” surəsinin 4-cü ayəsində həzrət İbrahimin (ə) və ardıcıllarının kafirlərdən uzaq olduqlarını ifadə etmələrini möminlər üçün gözəl nümunə hesab etmiş, onları kafirlərlə hər növ dostluq və yaxın münasibətdən çəkindirmiş və bunu edənləri özünə, Allaha və müsəlman cəmiyyətinə həqiqi zülm edənlər adlandırmışdır.

Hədis: İslam peyğəmbəri (s): “Kimsə Səfa və Mərvə arasında Allaha min il, sonra yenə də min il və daha sonra yenə də min il ibadət etsə, nəticədə köhnə tuluq kimi olsa, amma bizə sevgisi olmasa, Allah onu üzü üstə oda atar” (Məcməül-bəyan, c. 9, səh. 43).


77 بازدید
در حال ارسال اطلاعات...