Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2018

İran söhbəti gündəmi dəyişmək üçündür

"Müsavat" qəzeti belə özü məqaləsində etiraf edir ki, Elmar cındırın biri olub
Ya deyin vəhabidir, şiədən əl çəkin, ya da deyin ki, şiədir, Suriyada İŞİD əleyhinə döyüşürdü

İşə baxın ki, bəzi İran əleyhdarı olan qüvvələr öz tabeçiliyində olan saytları, yazarları, proqramları işə salıb zalım Elmar Vəliyev gündəmini dəyişmək istəyirlər. Bu vəziyyətdə də İran kartından istifadə edirlər. Təəccüblüdür ki, bineyi-qədimdən Azərbaycanda demək olar ki, səs-küylü olan bütün cinayətləri başqa dövlətlərin üstünə atmağa maraqlı olanlar olub. Məsələn, Ziya Bünyadovu güya iranlılar öldürüb. Jurnalist Elmarı gürcüstanlılar "öldürmüşdü", Rafiq Tağının qətlini də iranlıların üstünə atmağa çalışırdılar. Bilirsinizmi bunlar niyə meydana çıxır? Çünki istəyirlər gündəmi dəyişsinlər. Əvvəl özlərini elə göstərirdilər ki, güya Elmar Hüseynovun iqtidarı tənqid etməsinə dözümlü yanaşırlar. Sonra gürcülər gəlib onu öldürdü. Ziya Bünyadov da sərt tənqidlər edirdi. Onu da dözməyib iranlılar "öldürdü". İndi də Yunis Səfərov məsələsini İranın boynuna atmağa çalışırlar.

Müsavat qəzeti və onun kimi bir sıra mediya orqanları Yunis Səfərovu (rəsmi məlumatlara dayanaraq) gah hizbullahçı çıxartmağa çalışırlar, gah İran agenti eləmək istəyirlər. Həqiqətən də heç özləri də bilmirlər nə edirlər. Məsələn onun başındakı papağa diqət çəkib deyirlər ki, Hizbullah komandiri mərhum İmad Muğniyyənin papağındandır. Həmin İmad Muğniyyə ki, öz dövlətinə hücum edən İsrailə cavab verərkən şəhid edilib. Həmin Hizbullah ki, Livan prezidenti "Hizbullahı niyə tərki-silah etmirsiniz" sualına "onlar vətəni qoruyurlar, niyə tərki-silah edək ki" cavabını muxbirin üzünə sillə kimi yapışdırmışdı. Gah deyirlər ki, Yunis İranda 8 ay qalıb, sonra Suriyaya döyüşməyə gedib. Mümkündür ziyarət üçün qalıb. Ümumiyyətlə məsələni dəqiqləşdirmək lazımdır. Ya birdəfəlik deyin ki, Yunis vəhabidir, Suriyada İŞİD dəstəsində vuruşub, bununla da şiədən, İrandan əl çəkib öz məmurlarınızın yaxasından yapışın ki, nə üçün Suriyada İŞİD dəstələrində "döyüşən terrorçu" ölkəyə qayıdıb sizin xəbəriniz olmayıb? Axı siz onların əleyhinə ciddi tədbir görürdünüz. Ya da deyin ki, şiədir, deməli Suriyada Xanım Zeynəbin (s.ə) hərəmini qoruyan bir mücahiddir ki, hərəmi qorumaq borcdur, dini abidələri məhv etmək istəyənlərin müqabilində dayanan, ümumiyyətlə İŞİD terrorçularının əleyhinə vuruşanların hər yerdə alnından öpürlər.

Durub bəzi axmaq adamların əliylə məsələni İrana yönəltməyə nə ehtiyac var? Lap tutaq ki, İranda təlim keçib ki, gedib Suriyada İŞİD əleyhinə vuruşsun. Bu, o demək deyil ki, ona icra başçısını vurmaqdan ötrü təlim keçiblər. Belə olsaydı elə İranın özündə də təlim görənlər İranda məmurları vurardılar. Halbuki İranda bir dəfə Parlamentdə atışma oldu, o da İŞİD tərəfdarı olduqları məlum oldu. Deməli, burada əsas faktor Elmar Vəliyev faktorudur. O düz-əməlli adam olsaydı min dənə Yunis kimisi İranda yetişdirilsəydi, gəlib onu vurmayacaqdı. Elmar məsələsini qabartmaq isə bəzi dairələrə sərf eləmir. Halbuki yalaq və əxlaqsız qəzet kimi ad çıxaran "Müsavat" qəzeti belə özü məqaləsində etiraf edir ki, Elmar cındırın biri olub (təbiri özümüz belə seçmişik) dəfələr "Müsavat" işçilərini, xalqı təhqir edib zülm içində yaşadıb. Vurulandan sonra da oğlu və yaxınları (Vəliyevlər) Yunisi ölümcül döyüblər. Deməli, prezidentin də əziyyət çəkdiyi məmur vurulandan sonra qudurğan balası onun yezidliyini davam etdirir. Əlbəttə Elmarın zülmünü ört-basdır etmək cəhdləri alınmadı və alınmayacaq da.

İrana gəldikdə isə dəfələrlə yazıb bildirmişik ki, İran bu kimi işlərdə (zalım əleyhinə) dinc etirazlara tərəfdardır. Hacı Tale məsələsi ortaya çıxanda da eyni ssenari gedirdi. Güya İran Hacı Taleni Azərbaycanda iğtişaş və dövlət çevrilişi etməyə sövq edib. İndi də şərəfsizcəsinə yazırlar ki, güya Yunis ölkədə çevriliş edib dövləti devirmək, şəriət dövləti qurmaq istəyirdi. Heç olmasa Hacı Talenin işində avam kütləni aldada bilərdilər. Çünki Hacı ən azından ilahiyyatçıdır. Amma özünün "You Tube"dəki çıxışında buyurduğu kimi şəriət dövləti, məhkəməsi, qəzavəti çox mürəkkəb prosesdir. Bu iş müctəhid, qazi, mərcelər tələb edən işdir. Ölkədə isə bu standartda adam yoxdur. Hacı da bunu gözəl bir şəkildə bəyan edib axmaqların ağzını yummuşdu. O ki, qaldı Yunis kimi heç ilahiyyatçı təhsili olmayan biri olsun. Bundan əlavə İranda hazırda hakimiyyətdə olan ruhanilər bir vaxtlar ölkədəki şahı dinc aksiyalar hesabına devirdi. Xalqın qəlbini ələ aldılar, dövlət keşikçilərinin qəlbini güllə, moizə və gözəl nəsihətlə ələ alıb xalqın sıralarına qatdılar. Bu adamlar niyə Azərbaycanda çevriliş hazırlasınlar ki?

Həqiqətlər gün kimi aydındır. Sadəcə bütün məqsədlər Elmar Vəliyevin şərəfsizliyini, namərdliyini, dövlətə, xalqa olan zülm və xəyanətini ört-basdır etməkdən ötrüdür. Zənnimcə bu məsələ xalqın diqqəindən yayınmamalıdır. Əgər yayınsa sabah başqa məmurlar da zülmlərini artıracaqlar. Elə etməliyik ki, Elmarın zülmləri kölgədə qalmasın. Zalım məzlum görkəmi alanda xəstə qəlblərin ona yazığı gəlir.


306 بازدید
در حال ارسال اطلاعات...