Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2018

Ədalətin bərpa edilməsi

Ədaləti o kəs icra edə bilər ki, onu yaxşı tanısın və...
لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَأَنْزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَنْ يَنْصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ


"Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Məğlubedilməzdir." (Hədid, 25).

İzah: Ədalətin bərpa olunması bəşəri cəmiyyətlərin keçmiş arzusudur. Qurana görə, peyğəmbərlərin (ə) göndərilməsinin hədəflərindən biri ədalətin bütün sahələrdə – hüquqi, ictimai, siyasi və s. – reallaşdırılmasıdır. Peyğəmbərlər (ə) özləri ədalətli olduqları və ictimai ədalətin icrası zamanı gizli qalan tərəfləri bildikləri üçün bu dini amalın gerçəkləşməsində ən uyğun fərdlərdirlər. Doğrudur, bu hədəflərin böyük bir hissəsi hökumət qurmaqla mümkün olur. Amma hətta daim tağut hakimiyyəti altında yaşayan və dini hökumət qurmağa imkan tapa bilməyən peyğəmbərlər öz qövmləri arasında ədaləti yaratmağa çalışmışlar.

Hədis: İmam Kazim (ə): “Ədaləti o kəs icra edə bilər ki, onu yaxşı tanısın və özü də ədalətli olsun.” (Kafi, c. 1, səh. 542, hədis: 4).


304 بازدید
در حال ارسال اطلاعات...