Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2018

Zahid Oruc, sən Elmarın vəkilisən? (Yoxsa xalqın?)

Zahid Oruc bu hadisələrdən dərs alıb bundan sonra əvvəl özünü, sonra da məmurları xalqa xidmət etməyə dəvət etməlidir.
Xəbər verildiyi kimi Gəncə icra başçısı Elmar Vəliyev Gəncə sakini Yunis Səfərov tərəfindən güllələnib. Elmar Vəliyevdən savayı mühafizəçisi də güllələnib. Hər ikisi ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Bu arada cəmiyyətdə "yuyulmamış qaşıq" kimi tanınan Zahid Oruc yenə özünü ortalığa atıb müsahibə verib. Diqqət edirəm, onu tirajlayan saytlar müsahibəsinin başlığını elə düzür-qoşur ki, sanki kişi indi sensasion məlumat verəcək. Sanki məlumatlar MTN-də deyil ondadır. Sanki DİN-in hələ açıqlamadığı həqiqətləri artıq o bilir. Eldar Mahmudovun hadisəsində də bu cür təqdim edilmişdi. Amma "sensasion" xəbəri oxuduqda görürsən ki, hakimiyyətə yalaqlanmaqdan, xalqı təhqir etməkdən başqa bir şey deyil.

Bu müsahibəsində əslində millətə vəkil olmaq üçün Milli Məclisdə oturan Zahid Oruc Elmar Vəliyevə vəkillik edib. Zahid Orucun hazırda sağ olan müəllimələrindən soruşsanız deyəcəklər ki, Zahid Oruca nifrət edirəm. Hələ bəlkə dəfələrlə müəllimləri Zahid Oruca şagird olan vaxtlarında "Zahid, filankəsin vəkilisən?" sualını da verib. Bu müəllimələrin ağlına da gəlməzdi ki, Zahid vaxt gələcək, böyüyüb zalım Elmarın vəkili olacaq?

Elmarı güllələyən hər kimdir, nə üçün güllələyib, başqa nə edə blərdi - bütün bunlar haqqında hələ ki, nəsə demək tezdir. Amma "nəsə demək tezdir" sözləri Zahid Oruca da aiddir. Ümumiyyətlə Zahid Oruca susmaq vacibdir. Gərək danışmasın. Özü iki dəfə prezidentliyə namizəd olan vaxtlarda Elmar Vəliyevin əlindən gəncəlilərin dəfələrlə əziyyət çəkdiyini, İmam Hüseynə (ə) olan düşmənçiliyindən ötrü qəzəblənməsini, məmur vəzifəsini şərəfsizcəsinə yerinə yetirməsini dəfələrlə bilirdi. Amma Elmar Vəliyev haqqında bir dəfə də olsun tənqid səsləndirməyib. Deməli, bu qədər camaat yalan danışır da eləmi? Zahid Oruc məmuru o vaxt tənqid edir ki, artıq o həbs edilir, yaxud işdən çıxarılır. Qəzetlər də başlayır onu danlamağa. Zahid Oruc da "rinqin" bu tərəfindən yuyulmamış çömçə kimi ortaya özünü atıb başlayır "rinqin küncünə qısılan şəxsin" qabırğasına döşəməyə. Onun həddi nədir ki, məmur vəzifə başında ikən onu tənqid eləsin. Çünki adam həmişə ya məmurun vəkilidir, ya Prezidentin. Xalqa heç vaxt vəkillik etməyib.

Gəncə xalqının Elmardan çəkdiyi zülmləri Zahid dilə gətirməyib. Çünki Elmar Prezident tərəfindən təyin edilib, Zahid Oruc da iki dəfə seçkilərdə Prezidentin vəkilliyini edib, deməli o, həm də Prezidentin təyin etdiyi məmurların vəkilidir. Xalqın özünü yandırması, öldürməsi, şikayəti Zahidin vecinə deyil. İndi də durub Elmarı güllələyən şəxsin keçmişinin qaranlıq olması barədə "Müsavat"a açıqlama verib. Sanki adamın öz keçmişi belə işıqlıdır. Keçmişini konkretləşdirsək, deyə bilərik ki, hərbi xidmətdə olmayıb, Cəmil Həsənlinin dediyi kimi- Azərbaycan dövləti onun deputat olmaq üçün etdiyi saxtakarlığa görə cərimə ödəyib, həmişə xalq, öz seçiciləri onu axtarıb tapmayıb, işi-gücü, bütün fəaliyyəti İlham Əliyevə, Mehriban Əliyevaya yaltaqlanmaq, ayaqqabı öpmək olub. Bundan savayı adamın heç bir keçmişi yoxdur. Elmar da bundan beşbətər.

Müsahibəsində deyir ki, Yunis Səfərovu bəziləri qəhrəman kimi qələmə vermək istəyir, amma bu yolverilməzdir. Əslində isə Zahid Oruc indiyədək Elmarın vəziyyətindən xəbərdar olduğu üçün ona və Prezidentə səslənməklə qəhrəmanlıq edə, heç olmasa ömründə bir dəfə xalqın xeyrinə iş görə bilərdi. Amma etməzdi, çünki üzü tüpürcəkli olan, milli qeyrəti olmayan bu insan gözəl bilir ki, o "kukladan" savayı bir şey deyil. Elmarı da elə müdafiə edir ki, sanki Azərbaycanda iki nəfər mələksima var, biri Elmardır, biri də bu.

Zahid Oruc bu hadisələrdən dərs alıb bundan sonra əvvəl özünü, sonra da məmurları xalqa xidmət etməyə dəvət etməlidir. Çünki məmurlara bir nəfər "dur!" deməlidir. Bu işi isə bacaracaq birinci adam Prezidentdir. O da bu işə müdaxilə etməsə, əksində Elmar və onun kimi sərişdəsiz, zalım insanları yenə vəzifə başına gətirsə artıq xalqın içindən çıxan bezmiş, zülm görmüş, qorxmaz insanlar özləri məmurları cəzalandırmağa qalxacaq. Bu isə artıq dövlət üçün təhlükə olacaq, hakimiyyəti təhdid edəcək və başqa nə olacaq deyə bilmərəm. Qoy bu barədə Zahid düşünsün.


334 بازدید
در حال ارسال اطلاعات...