Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2018

Aydın Bağırov milli futbolumuzdakı faciədən danışa bilər?

Aydın Bağırova son olaraq xatırladaq ki, ölkəndə adicə AFFA-nı tənqid edə bilmirsən, durub o boyda ölkəyə söz atırsan.
Futbol saytında İrana qarşı təxribat

İş-gücün çoxluğundan futbol üzrə dünya çempionatına baxa bilmirəm. Amma daha sonra futbol saytlarından nəticələrlə tanış olmaq olur.


Futbolun da bir siyasət olduğunu deyirlər. Görün siyasət nə qədər çirkin bir şeyə çevrilib ki, artıq futbolu da sən demə siyasətə alət ediblər. Bir müddət əvvəl Rusiya millisinin qələbələrinə görə deyirdilər ki, güya Putin çempionatı pulla alıb. Yəni, mundialın qalibi Rusiya olacaq. Amma daha sonra Rusiyanın İspaniyanı penaltılarda məğlubiyyətə uğratması bir qədər deyilənlərin yalan olması ehtimalını çoxaltdı. (Əgər Putin futbolu almış olsaydı heç penaltılara qədər oyunun uzanmasına gərək qalmazdı)
Bunlar bir qırağa dursun, məqsədim bu barədə danışmaq deyil. Deməli, futbol saytlarının birində yazarlar bölməsində məqalə yazan Aydın Bağırov adlı yazar İran futbolçusu Kərim Ənsarifərdin haqqında yazdığı yazısında deyir ki, o, İran millisində oynayan yeganə türk əsilli futbolçudur. Güya Kərim Ənsarifərd çıxış edərkən Azərbaycana, yaxud Azərbaycanlılara mesaj veribmiş. Yazar həmin çıxışdan özünə lazım olan hissəni də saytda yerləşdirib. Çıxışı zamanı isə Kərim farsca danışığına ara verib türk dilində deyir ki, mən fəxr edirəm ki, Ərdəbil uşağıyam, türkəm. Aydın Bağırova da məsələ aydın olmadan durub bar-bar bağırır ki, ay camaat ayıq olun, Kərim bizə mesaj verir ki, bəsdir ayrı yaşadıq, artıq birləşmək, böyük Azərbaycan olmaq vaxtıdır. Əlbəttə məqalənin başlığındakı "...bizə mesajı" hissəsini oxuyan kimi dalağım sancdı. O an anladım ki, nəsə siyasi, təxribat xarakterli bir yazı olacaq. Məqaləni açıb oxuyanda məlum oldu ki, sən demə İsrail, ABŞ bizim hətta futbol saytının yazarına da təsir qoya bilirmiş.

Aydın Bağırov yazır ki, Kərim ərdəbillidir və bu şəhərin insanları digər cənublular kimi İranın siyasi rejimindən (o belə yazır) sən demə əziyyət çəkirlərmiş. Amma buna baxmayaraq hər dəfə Azərbaycana olan sevgilərini gizlətmədən deyirlər.

Doğrudan da bu yazının müəllifi çox savadsız adamdır. Əgər futbol adamıdırsa qoy gedib futbol şərhləri ilə maraqlansın. Bilmədiyi şeyləri yazmaqdansa, o ölkədən (İsraildən) bu ölkəyə (İrana və ya Azərbaycana) xəbər daşımaqdansa vallah stadionda topdaşıyan işləmək daha yaxşıdır. Ən azından vicdanlı, çirkin siyasətdən uzaq işdir.

Bəs İranda türklərin siyasi rejimdən əziyyət çəkməsi yuxusunu görəsən Aydın müəllim nə vaxt görüb? Adını çəkdiyi futbolçu Avropa çempionu olan Portuqaliyaya qol vurub dünyada bir az daha çox tanındı. Onu dünyada məşhur edən məhz öz millisidir. Əgər cənublular İranda əziyyət çəksəydi şəxsən Kərim Ənsarifərd indi dünya mundialında yox, İrandakı həbsxanaların birində olardı. Bunu anlamaq çoxmu çətindir?

Azərbaycan futbolunun fatihəsi çoxdan verilib, Aydın Bağır yaxşı olmazdımı ki, AFFA-nın (Azərbaycan Futbol Federasiyası Assosasiyası) haqqında yazardı, milli futbolumuzda olan çatışmamazlıqlar barədə öz fikirlərini bildirərdi. Deyir İrandakı siyasi rejimin zülmlərindən əziyyət çəkən soydaşlarımız... anlamır ki, İranda belə bir insan yoxdur. Əziyyət çəkən ola bilər namussuzluq etdiyi, rüşvət aldığı üçün edam edilən hansısa iranlıdır ki, bu kimi məsələlərdə də milliyyət nəzərə alınmır. Məgər fars edam edilmirmi İranda?

İnsafən, Azərbaycanda heçmi zülm yoxdur. Görəsən Aydın Bağırovov heçmi sonuncu prezident seçkilərindəki namizədlərin hakimiyyəti necə tənqid etdiklərini bilmir? Əgər Azərbaycandakı problemlərdən xəbəri yoxdursa deməli yatıb. Bu adamın ayağı İrana bəlkə bir dəfə də olsun dəyməyib. Amma orada "zülmlərdən" xəbərdardır. Ordan xəbəri varsa nə əcəb öz məmləkətindən xəbəri yoxdur? Burda zülm çəkən, acından ölməməkçün İranda yerləşən Astara şəhərinə üz tutub alver edənlər türk deyilmi?.

Özü də cənab yazar unudub ki, İranda Kərim Ənsarifərd də, onun kimi digər soydaşlarımız da Azərbaycan deyərkən bizim Azərbaycanı nəzərdə tutmurlar. Çünki bildiyim qədəriylə bizim Azərbaycan oradakı türklərin dilində "şurəvi" (Azərbaycan SSR nəzərdə tutulur) adlanır. Azərbaycan deyərkən də İranın daxilindəki Azərbaycan torpaqlarından danışırlar. Bir də ki, İrandakı türklər də elə demək olar bütün dünya da bizim müstəqil Azərbaycanı İranın torpaqları hesab edirlər. Tarixi vərəqləyəndə məlum olur ki, bizim Azərbaycan İrandan qopub. İnternetdə axtarış versək görərik ki, elə öz tarixçi alimlərimiz də bunu deyir.

Aydın Bağırova son olaraq xatırladaq ki, ölkəndə adicə AFFA-nı tənqid edə bilmirsən, durub o boyda ölkəyə söz atırsan. Amma unudursan ki, Azərbaycan dövləti İranı İslam Respublikası, İran dövləti kimi tanıyır, siyasi rejim kimi yox. Heç olmasa Azərbaycanda Qarabağ üçün vuruşan iranlı əsgərlərdən, İrana gedib Azərbaycanda satmaq üçün ayınoyun alan, müalicə üçün ora gedən vətəndaşlarımızdan xəcalət çək, yazanda qərəzsiz, düz-əməlli bir şey yaz.


94 بازدید
در حال ارسال اطلاعات...