Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2018

Ədalətli mühakimə (mühakimədə insaf)

Ayə möminləri iki böyük fəzilətə - əmanətdarlığa və ədalətli mühakiməyə səsləyir
إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا


"Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir." (Nisa, 58).

İzah: Yuxarıdakı ayə möminləri iki böyük fəzilətə - əmanətdarlığa və ədalətli mühakiməyə səsləyir. Birinci fəzilət haqqında söhbət edildi. Ədalətli mühakimə haqqında isə demək lazımdır ki, ona əməl etmək məhkəmə və ya ədliyyə sistemi ilə məhdudlaşmır. Əksinə, bir çox hallarda ictimai münasibətlərdə və gündəlik söhbətlərdə müəyyən bir şəxs və ya hadisə haqqında fikir bildirmək lazım gəlir. Bəzən bu fikirlər diqqətsizlikdən və kifayət qədər məlumatı olmamaqdan irəli gəlir. Belə ki, başqaları haqqında bir növ insafsızlıq və ədalətsiz mühakiməyə gəlib çıxır. Odur ki, fərdlərə və şəxsiyyətlərə münasibətdə hər növ tələsik mühakimədən çəkinmək və bütün mövqelərdə insafı nəzərə almaq lazımdır.

Hədis: İmam Əli (ə): “Dilin (kimsə ilə bağlı) pisliyi və ya yaxşılığı yaymaqda insaflı davranması çox az baş verir.” (Qürərul-hikəm, c. 4, səh. 495, hədis: 6724).


272 بازدید
در حال ارسال اطلاعات...