Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2018

Pisliyə yaxşılıqla cavab vermək

Kim ona pislik edənə yaxşılıq etsə...
وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ


"Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) ən yaxşı üsulla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar." (Fussilət, 34).

İzah: Yuxarıdakı ayə yaxşılığın önəmini və onun faydasını təsvir edir. Çünki hətta başqalarının pisliyinin qarşısında da – eyni qarşılığı vermək əvəzinə - ən yaxşı şəkildə davranılması tövsiyə olunur. Bu iş onun qəlbindən kinin getməsinə və düşmənçiliklərin dostluğa çevrilməsinə səbəb olur. Heç şübhəsiz, bu ayəyə əməl etmək bir çox ictimai ixtilafların, yersiz kin-küdurətlərin aradan qalxmasına səbəb olacaqdır. Din öndərlərinin təbliğat metodu öz düşmənləri ilə təmkinli və dözümlü davranmaqla onların qəlbini ələ almaq və özlərinə məftun etmək nümunələri ilə doludur.

Hədis:
İmam Əli (ə): “Kim ona pislik edənə yaxşılıq etsə, bütün əxlaqi fəzilətləri özündə toplamışdır.” (Qürərul-hikəm, c. 5, səh. 394, 8905).


548 بازدید
در حال ارسال اطلاعات...