Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2018

Qohumlarla əlaqə

Qohumlarla əlaqə insani duyğuların artmasına, ictimai dəstək qazanmağa...
وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ


"O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər." (Rəd, 21).

İzah: “Sileyi-rəhim”in (qohumlarla əlaqənin) fəziləti və bənzərsiz nəticələri haqqında nəql olunan hədislər və rəvayətlər o qədər heyrətamizdir ki, hər bir mömini qohumlarla xoş münasibətə daha çox diqqət ayırmağa sövq edir. Bu rəvayətlərdə qohumlarla əlaqə ömrün uzanmasının, ruzinin artmasının, yoxsulluğun aradan qalxmasının və bəlanın dəf olmasının başlıca amili hesab olunmuşdur. Qohumlarla xoş münasibət tək dinin tövsiyəsi deyil. Hətta bir çox məşhur Qərb psixoloqları da onun həyata ümidin çoxalmasına və insanın ömrünün uzanmasına bənzərsiz təsirini etiraf etmişlər. Qohumlarla əlaqə insani duyğuların artmasına, ictimai dəstək qazanmağa, mənəvi inkişafa, dindar nəslin tərbiyəsinə, insanların psixi təzyiqlərə qarşı müqavimətinin yüksəlməsinə və xəstəliklərin azalmasına səbəb olur. Bizim din öndərlərimizin həyat tərzi buna sübutdur. Din rəhbərlərimiz hətta onlara düşmən münasibət bəsləyən qohumları ilə də münasibətlərini kəsmirdilər.

Hədis: İslam peyğəmbəri (s): “Sileyi-rəhimin savabı başqa hər bir işin savabından daha tez çatır.” (Kafi, c. 2, səh. 152, hədis: 15).


90 بازدید
در حال ارسال اطلاعات...