Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2018

Dua bəndələrin inkişaf səbəbidir

Dua ibadətin məğzi və ruhudur
وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ


"Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər." (Bəqərə, 186).

İzah: Dua, – insanın inkişaf və yüksəlişində çox təsirli olduğu üçün – bütün ilahi dinlərin diqqət mərkəzində olmuşdur. Allahla əlaqə yaratmaq tək qarşılıqlı Xaliq və məxluq əlaqəsinə, ilahi feyz və lütfə zəmin yaratmır, həm də dini inancları gücləndirir və bəndələrin ruhi acılarını dinlədir. Dua əslində bir növ ibadət, Allah qarşısında xuşu və insanın öz zəifliyinin, acizliyinin etirafıdır. Yuxarıdakı ayədə Allah-Taala ən zərif ifadələrlə bəndələrə yaxın olmasından söhbət açmış və onları özü ilə minacat etməyə səsləmişdir. Duanın ən mühüm faydası – yəni bəndələrin mənəvi təkamülü və inkişafı – da ayənin sonunda bəyan olunmuşdur.

Hədis: İslam peyğəmbəri (s): “Dua ibadətin məğzi və ruhudur.” (İddətud-dai, səh. 29).


201 بازدید
در حال ارسال اطلاعات...