Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2018

Fədakarlıq və canından keçmək

Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır
وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ


"(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır." (Həşr, 9).

İzah: Fədakarlıq və canından keçməyin dini mətnlərdəki önəmi aydındır. Malından, övladından, canından keçmək, Allah yolunda çalışmaq, nəfs və nəfsani istəklərlə mübarizə aparmaq hamısı fədakarlıq nümunələridir. Onun zirvə nöqtəsi “Bəqərə” surəsinin 207-ci ayəsidir. Bu ayədə həzrət Əlinin (ə) Ləylətul-məbitdə İslam peyğəmbərinin (s) yatağında yatmasına işarə olunmuşdur. Yuxarıdakı ayə (fədakarcasına mühacirləri qarşılayan və Mədinədə yerləşdirən) ənsarın (yerli mədinəlilərin) mədhi ilə bağlı nazil olmuşdur.

Hədis: İmam Əli (ə): "Fədakarlıq edən kəs mürüvvətin son həddinə yüksəlmişdir." (Qürərul-hikəm, c. 4, səh. 459, hədis: 6724).


89 بازدید
در حال ارسال اطلاعات...