Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2018

Nə əxlaqdan, nə ədalətdən xəbəri olmayan zavallı insan olmaq

Belə adamlar cəmiyyətə əxlaqsızlıqdan savayı heç nə verə bilmir
Azərbaycan xalqı müsəlman xalq olduğu üçün bu xalqı hər nə qədər öz dinindən, əxlaqından qoparmağa çalışırlarsa da alınmır ki, alınmır. Əslində, qanun, ədalət, nə bilim demokratiya, tolerantlıq, "mənim ürəyim belə istəyir" və s. bu kimi şeylərin fövqündə əxlaq deyilən bir dəyər dayanır. Məsələn fərz edin ki, metroda bir kişi əyləşib, metroya bir qadın daxil olur və o kişi qalxıb o qadına yer verir. Burada kişi ixtiyar sahibi idi. Yerindən qalxmaya, qadına yer verməyə də bilərdi. Demokratiya demirsinizmi, kişinin ürəyi belə istəyir. Tolerant deyilsinizmi, kişinin fikrinə (qadına yer verməməsinə) hörmətlə yanaşmalısınız. Qanun demirisniz, kişiyə qanun tam icazə verir ki, oturduğu yerdən qalxmasın. "Ədalət" deyirsiniz, kim deyir ki, qadının gəlib kişinin yerində oturması ədalətdəndir? Amma bütün bunlardan əlavə o kişi yerindən qalxmasaydı adi halda (indi kişi belindən əziyyət çəkirsə, ayaq üstə dayana bilmirsə bu başqa məsələ) bu yaxşı qarşılanmayacaqdı. Burada kişi borclu deyildi qalxıb qadına yer versin amma ədəbini nümayiş etdirdi.
Azərbaycanda güya ədalətpərvər, demokrat, müasir düşüncəli, modern həyata sahib bir dəstə adamlar var. Güya indi bunlar çox inkişaf edib, amma qınaq obyektinə çevirdikləri adamlar düşüncə barəsində çox geridə qalıb. Biz belələrinin düşüncələrini tənqid edirik ki, digərlərinə də dərs olsun. Adam elə metroda bir neçə gün bundan qabaq baş vermiş hadisədən yazıb. İlk öncə İrandakı əxlaq polisini rişxənd edərək güya iki əxlaq polisinin metroda bir qadına qarşı "əxlaqsızlıq" etməsindən yazır. Əlbəttə yazanın "əxlaq" haqqında anlayışının sıfır olması və saytlarının İrana qərəz və kin qusmalarını nəzərə alsaq məlum olur ki, dediyi şər-böhtandır, ya da əslində polislər qadını əxlaqa dəvət ediblər, sadəcə bu adamın əxlaq normaları yerində olmadığı üçün səhv başa düşüb. Çünki özü daha sonra yazır: "Səbəb isə sərnişin qadının başını örtməməsi idi. Sözdəki mənasızlığa baxın: Əxlaq polisi!" Bəli, lap elə əxlaq polisi. Yoxsa siz Azərbaycanı pozğunların yuvasına çevirmək istəyirsiniz? Qınamıram bir mənada bu adamı, pozğun müğənninin əxlaqdan danışdığı, polisin "it" adlandığı ölkədə yaşayır, əxlaq polisinin daşıdığı məna və məsuliyyətdən nə qana bilər ki?

Adam əməlli-başlı yazısında şortikli qıza daydaylıq edib orada onu tənqid edən oğlanla yaşlı qadın haqqında görün hansı əxlaqsız cümlələri yazır: "Ancaq desək də, deməsək də, bu “inkubator klonları” üçün heç bir fərqi olmayacaq. Məsələn, 50-60 yaşlı bir qadın ömrü boyu bircə dəfə də olsun istədiyi paltarı geyinə bilməyibsə, əlbəttə ki, özündən 40 yaş kiçik bir qızın azadlığı onu özündən çıxara bilər." Bu başı boş, tupoy adamlara deyəsən ki, ay axmaq gədə, o qadın ürəyi istəyən paltarı yox, məgər sənin ürəyin istədiyi paltarı geyinmişdi? Nə səfeh-səfeh danışırsan? Sonra da ki, tərbiyəsiz geyinmək nə vaxtdan azadlıq hesab edilib? Daha sonra oğlan haqqında yazır: "Ya da götürək hadisənin baş qəhrəmanı olan oğlanı. Qızı təhqir etməsi də, hədələməsi də, əslində, içindəki arzularının, xəyallarının kobud şəkildə təzahürü idi. Ağzının suyu tökülə-tökülə mavi ekranlarda gördüyü şortikli qızlara heyranlığı və özünü məhkum etdiyi “əxlaq” prinsiplərinin bu heyranlıqla toqquşması, qarşısında canlı-canlı gördüyü şortikli bir qızın timsalında, bütün bədbəxtliyini şillə kimi üzünə çırpdı. Elə bu şillənin təsirindən, əslində, öz məhkumluğuna olan nifrətini qusmuş oldu." Bədbəxt elə də arxayın-arxayın bu cümlələri yazır ki, elə bil həmin qaqaşın zehninə girib xəyallarına şahid olub. Yaxud da qəlbinə girib arzuları ilə tanış olub. Və ya evində birdən-ikidən oturub qaqaşla çay içib onun mavi ekranda nəyə baxmasına şahid olub. Bu cür rəzil adamlar belə qızma-qaralarla əslində öz içindəkilərini çölə atırlar. Görünür elə onun özünün ağzı yaman sulanıbmış, oğlan və yaşlı qadın qızı əxlaqa dəvət edəndə də acığı tutub.

Daha sonra əxlaqdan əziyyət çəkən insan görünüşlü məxluq yazır: "Ümumiyyətlə, əxlaq anlayışının maddələşməsi, ətə-qana bürünməsi çox absurddur. Əxlaq insanın mənəviyyatına, ruhuna aid olan bir dəyərdir." Yazıq anlamır ki, əgər əxlaq insanın mənəviyyatına aiddirsə əxlaqsız geyinmək də mənəviyyatdan uzaq adamların işidir. Oradakı oğlanla yaşlı qadın da bunu demək istəyirdi. Əgər geyimin əxlaqa, mənəviyyata dəxli yoxdursa onda şəxsən sən niyə "mən azad insanam" deyib küçəyə qadın alt paltarı geyinib çıxmırsan?

Belə adamlar cəmiyyətə əxlaqsızlıqdan savayı heç nə verə bilmir. Yazıları da çayxana söhbətlərindən başqa bir şey deyil. Hiss olunur ki, belələri çayxanada oturub iki manata bir dəm "çayniki" alıb beş saat laqqırtı vurur, laqqırtılarını diktafona köçürüb sonra oturub ora-burasını düzəldib çap elətdirirlər. Belələrinin yazıları ancaq qalmaqal vasitəsilə şou-reklam, oxucu kütləsi qazanmaqdan ötrü dərc olunur.


265 بازدید
در حال ارسال اطلاعات...