Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2018

Əfv və güzəşt

Din rəhbərlərinin həyat tərzinə nəzər saldıqda da anlayırıq ki, bu xoşagələn xasiyyət bir çox insanların onlara üz tutmasına zəmin yaratmışdır
الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ


"O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali-İmran, 134).

İzah: Ən yüksək əxlaqi fəzilət qəzəbləndikdə qəzəbini udmaq, başqalarının səhvlərini bağışlamaqdır. Möminlərə bu əxlaqi fəziləti tövsiyə edən ayə və rəvayətlər bu fəzilətin önəminə aydın sübutdur. Quran intiqam və xeyirxahca göz yummaq arasında ikincini təqvaya yaxın hesab edir və onu yaxşıların xüsusiyyətləri sırasında sayır. Din rəhbərlərinin həyat tərzinə nəzər saldıqda da anlayırıq ki, bu xoşagələn xasiyyət bir çox insanların onlara üz tutmasına zəmin yaratmışdır. Əlbəttə, məlumdur ki, əfv və güzəştin də digər bir çox əxlaqi xüsusiyyətlər kimi xüsusi şərtləri və qaydaları vardır və onlara riayət etmək fərdi və ictimai nəticələrindən faydalanmağa, bu sahədə ifratın acı nəticələrindən uzaq qalmağa səbəb olur.

Hədis: “Kim (başqalarının günahından) keçsə, Allah onun günahından keçər. Kim qəzəbini udsa, Allah onu mükafatlandırar.” (Təfsiri-Qumi, c. 1, səh. 291).


324 بازدید
در حال ارسال اطلاعات...