Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2018

Şahzadə üçün əyilən qadın baş nazir və hicablı müsəlman qızı

Bizim qızlarımızın hər bir bir kraliça dərəcəsindədir
İngiltərədə baş vermiş, uzun müddət müzakirə mövzuuna çevrilmiş bir problemin həllini İslam dini əsrlər əvvəl vermişdir. Söhbət yəqin ki, bildiniz kimdən gedir? Bəli, söhbət artıq uzun zamandır qınaq obyektinə çevrilən İngiltərə qadın baş nazirindən gedir. Tereza Meyin Nottinqhamşirədəki yeni reablitasiya mərkəzinin açılışında iştirak etmiş və şahzadə Ulyamla salamlaşarkən həddi aşmışdır. Qadın baş nazirin uzun zamandır qınaq obeykti olan əməli şahzadənin qarşısında ikiqat əyilib salamlaşmasıdır. Düzdür, İngiltərədə kral ailəsinə ehtiram yaxşı qarşılanır, amma bu həddi aşmaqdır, burada heç bir ehtiramdan söz gedə bilməz.
Kral ailəsinin üzvləri də bir insandır və baş nazirin seçilməsində səs verirlər. Xalqdan biri olan şahzadə xalqın böyük əksəriyyətinin səsiylə baş nazir seçilən bir insandan hüquq nöqteyi-nəzərindən üstün ola bilməz. İngiltərədə isə bu hadisə pis qarşılanıb. Qınayanlar deyir ki, bir qadının bir kişinin qarşısında bu cür əyilməsi ayıbdır.
Tvitterdə yazılan bu şərh mənə sözün açığı çox ləzzət elədi. Çünki şərh yazan "bir baş nazir" yazmayıblar, "bir qadın" yazıblar. Əlbəttə xalqın səsilə seçilən bu insan qadın yox kişi olmuş olsaydı bəlkə yenə etiraz və qınaqla qarşılanacaqdı. Amma bu işi edənin bir qadın olması yaranın üstünə bir az daha çox duz səpmiş oldu. Deməli ingiltərəlilər də çox gözəl bilir ki, qadın dəyərli məxluqdur. Bir yandan da adamın zehnində belə bir sual yaranır: Axı, qadının hətta şampun, sabun reklamlarında aktrisa kimi çəkilməsinə, əxlaqsız kinolarda əxlaqsızlıq etməsinə göz yuman bu insanlar necə oldu belə bir hərəkətə görə qadın baş naziri qınamağa başladılar. Bəli, bu hərəkəti qınayanların qadınların reklam vəsaiti olmasının, əxlaqsız filmlərə çəkilməsinin də əleyhinə olduqları məlum olur. O da məlum olur ki, artıq Avropa ölkələrində qadının öz həyasını, abrını qorumasının vacibliyi məlum olmağa başlayır. Belələliklə hicabı da bu ərazilərdə təbliğ edib hicabsızlığın qarşısını almaq lazım gəlir.
İslam dini isə qadına çoxdan dəyər verib ona hicabı vacib edib. Ola bilər kimsə desin ki, bu işin hicabla heç bir əlaqəsi yoxdur, o qadın baş nazir də ikiqat əyilmədən normal salamlaşsaydı məsələ bu qədər böyüməyəcəkdi. Amma bu cür deyil. Məsələnin hicabla birbaşa əlaqəsi var. O da bundan ibarətdir ki, din, hicab nəinki o qadını ikiqat əyilməkdən saxlayacaqdı, ümumiyyətlə onu şahzadəyə yaxınlaşıb əl sıxmağa belə qoymayacaqdı. Müsəlman qızının hətta Avropa ölkələrində baş nazirlərin tələbələrlə görüşü zamanı onların uzanan əllərini göydə qoymalarını yəqin ki çox izləmisiniz. Bu təkcə qadına aid deyil, müsəlman kişiləri də naməhrəm qadınlarla görüşdən imtina edir. Hətta bu insan prezident (məsələn İran prezidenti kimi) olsa belə.
İslam dini bu problemin həllini çoxdan bəyan edib və müsəlman cəmiyyətlərində belə bir problem ümumiyyətlə yoxdur. (Söhbət həqiqi müsəlmanlıq yaşayanlardan gedir)
Söz şahzadədən düşmüşkən, bilirik ki, baş nazirin qarşısında ikiqat əyildiyi insan əslində şahzadə deyil, kraliça 2-ci Elizabetin oğlu şahzadə Çarlzın oğludur. Yəni, 2-ci Elizabetdən sonra onun taxtında əyləşən və krallığa namizəd Çarlzdır. O, kral olandan sonra oğlu Ulyam şahzadə sayılacaq. Müsəlmanlar isə iffətli müsəlman qızını kraliça 2-ci Elizabetdən də üstün bilirlər. Belə ki, bir dəfə xristian bir kişi müsəlmandan soruşur: sizin qızlar niyə əl verib kişilərlə salamlaşmır? Cavabında müsəlman deyir ki, sizdə ürəyi istəyən kişi kraliça Elizabetlə əl verib görüşə bilirmi? Xristian "yox" cavabını verəndə müsəlman deyir ki, bizim qızlarımızın hər bir bir kraliça dərəcəsindədir. (Zənnimcə əlavə şərhə ehtiyac yoxdur)
Buna görə də bu cür problemlərin həlli üçün bütün Avropa islamlaşmağa məcburdur. Dünyanı ancaq İslam xilas edəcək.


543 بازدید
در حال ارسال اطلاعات...