Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2018

Nəfsə və onun sapmalarına diqqət etməyin zərurəti

Nəfslərinizə macal verməyin
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ لَا يَضُرُّكُمْ مَنْ ضَلَّ إِذَا اهْتَدَيْتُمْ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ


"Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir." (Maidə, 105).

İzah: İnsan maddi və Ruhani (mənəvi) yönə malikdir. Ruhani və ağıl yönü cismani və heyvani yönünü üstələsə, onu öz hökmranlığı altına alsa, yüksək insani zirvəyə yüksələcək və Allah dərgahına yaxınlıq məqamına nail olacaqdır. Amma əgər cismani və ya maddi yönü ruhani və mənəvi güclərini üstələsə, heyvanlıq uçurumuna yuvarlanacaqdır. Buna görə də nəfsə – heyvani və ruhani güclərin çəkişmə mərkəzi olaraq – diqqət etmək çox zəruridir. Bu, Quran və din öndərləri tərəfindən çox təkid olunmuşdur. Çünki yüyənini qırma və özbaşına buraxılma halında zəka nurunun üstü örtülür və ya sönür.

Hədis: İmam Əli (ə): “Nəfslərinizə macal verməyin. Çünki macal versəniz, sizi zalımların yoluna aparacaq. Süstlük etməyin. Çünki bu süstlük sizi günaha sürükləyəcək” (Nəhcül-bəlağə, xütbə: 86).


336 بازدید
در حال ارسال اطلاعات...