Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2018

Böyük şeytanın agentlərinin "Güney Azərbaycan" üçün “bayraq” qalmaqalı

Baxın əziz xalq, bir-birinə ağzından çıxanı deyən bu iki fitnəkar (Rüstəmxanlı və Tağızadə) heç öz aralarında razılığa gələ bilmirlər.
İİR-a düşmən olan böyük şeytan ABŞ İran əleyhinə bir sıra fəaliyyətlərə əl atarkən İranda yaşayan azərbaycanlılar barədə də bəzi planları var idi. Əlbəttə bu fitnəli planlar ABŞ böyük şeytanlıqdan əl çəkməyincə dayanmayacaq.
Maraqlısı odur ki, bir zamanlar “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” kimi şüarlar səsləndirirdilər. Hətta müstəqilliyimizin əvvəllərində Əbülfəz Elçibəyi də bu işdə alət kimi istifadə edirdilər. O da elə türklər demişkən “qaza gəlib” (rusca desək, “tırkaya” gedib) başlamışdı ki, bizim ermənidən daha böyük düşmənimiz farsdır. Hamıya məlumdur ki, İran nə qədər ki, şah zamanında idi heç kim durub “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” demirdi. Çünki məlum məsələdir ki, bu sözləri dedizdirənlər ABŞ fitnəkarlarıdır. İran şahı da ABŞ-ın maşası olduğu üçün bu barədə susmuşdular. Üstəlik, Şah zamanında hazırda ABŞ-da oturan Əhməd Obalılar, Mahmudəli Çöhrəqanilər, Əjdər Tağızadələr ABŞ-da kef-damağ içində də yaşamırdılar. İndi isə artıq bu şüar aradan gedib. Deyəsən artıq Azərbaycanın bir, paytaxtın Təbriz olmasını istəmirlər. Burada bir neçə variant ola bilər. Biri bu ola bilər ki, artıq ABŞ anlayıb ki, şəxsən Azərbaycan hakimiyyəti üçün Rusiyanın həndəvərində dolanmaq sərfəlidir. İkinci variant bundan ibarətdir ki, ABŞ üçün nə fərqi var ki, iki Azərbaycan (Cənubi, Şimali) birləşdi ya birləşmədi, ABŞ-a lazım olan İranın parçalanmasıdır. Üçüncü variant da bu ola bilər ki, ABŞ-a hansısa bir dövlətin birləşib böyüməsi lazım deyil. Buna görə də artıq köhnə şüarları yığışdırıblar.
ABŞ casusları indi də yeni “bayraq təsisi” ilə bağlı fəaliyyətə başlayıblar. Xəbərdə deyilir: “ABŞ-da yaşayan bir qrup güneyli, o cümlədən “GünAz TV”nin rəhbəri Əhməd Obalı və "Güney Azərbaycan Milli Oyanış Hərəkatının" (GAMOH) lideri Mahmudəli Çöhrəqani GAMOH-un bayrağını Güney Azərbaycan bayrağı kimi qəbul edib və təqdim etməyə başlayıb.Keçmişdə GAMOH-un təşkilat bayrağı bir çoxları tərəfindən Güney Azərbaycan bayrağı kimi təbliğ olunsa da, bir qisim şəxs bunu qəbul etmirdi. Etirazlar, sadəcə, təşkilatlar arasında bir-birinə olan qısqanclığın nəticəsində yaranırdı. Maraqlı məqam odur ki, o zaman bu etirazlara öndərlik edənlərin, təqdim edilən bayraqları təhqir edənlər və onu Güney Azərbaycan bayrağı kimi qəbul etməyənlərin bir qismi indi tutduqları mövqedən imtina etməyə başlayıblar. Onların bir qismi yenə də illər öncəsində atılan səhv addım kimi bir yerə toplaşıb, Güney Azərbaycanın bayrağının nə olacağı qərarını veriblər.” İşə baxın, İslam inqilabı gəlib İran xalqına izzət və vəhdət gətirdi. Rəsmi məlumatlarda bildirilir ki, İranda quruluşun necə olması mövzusunda referendum keçirilib və 98 faiz İslami quruluşu dəstəkləyib. İndiyədək də İranda heç bir referendum bu rekordu qıra bilməyib. İndi öz aralarında əlli yerə parçalanan, bir-birinin firkini təhqir edən insanlar durub bir xalq üçün bayraq təsis etmək, referendum keçirtmək eşqinə düşüb.
Analitik Əlirza Zəmani isə məqaləsində əlli yerə parçalanan fitnəkarlara belə səslənir: “Onsuz da aramızda parçalanma həddən artıq böyükdür. İstəyim, sadəcə, bu xırda məsuliyyətsizliklərlə bu parçalanmaları daha da artırmamaqdır. Biz hamının bir yerdə yaşayacağı, xalqımızın haqlarının tam qorunacağı və hər kəsin demokratik imkanlarının təmin olunacağı məmləkəti formalaşdırmaq istəyirik. Bəs elə isə niyə xəyallarını qurduğumuz və gecə-gündüz uğruna savaşdığımız yolda indidən özbaşınalıqlara yol veririk?”
Əlbəttə bu, fitnəkarların ilk belə ixtilafı və didişməsi deyil. Bundan əvvəl ABŞ-ın çaldığı hava ilə oynayan DAK (Dünya Azərbaycanlıları Konqresi) da elə bu vəziyyətə düşüb məhv oldu. Bilmirsinizsə deyim ki, hələ 2011-ci ildə DAK-ın İdarə heyətinin növbədənkənar toplantısında müzakirələrdən sonra qərar qəbul edilmiş və Sabir Rüstəmxanlının da, Əjdər Tağızadənin də iclasda “aşının suyunu” vermişdilər. Sayt yazırdı: “Qərarda deyilir ki, DAK Həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya DAK-ın Nizamnaməsini davamlı olaraq kobud şəkildə pozaraq özbaşına, məsuliyyətsiz qərarlar vermələri, Nizamnaməyə heç bir məhəl qoymadan öz şəxsi istəklərinə uyğun qanunsuz hərəkətlər etmələri, DAK-ın fəaliyyətində yüksək xidmətlər göstərmiş şəxsiyyətlərə qarşı apardıqları neqativ fəaliyyətlərindən dolayı həmsədrlikdən azad olunurlar. Həmçinin, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə tutduğu vəzifədən kənarlaşdırılıb. İdarə Heyəti həmçinin, Sabir Rüstəmxanlıya və Əjdər Tağızadəyə töhmət elan edilməsi barədə qərar çıxarıb.”
Baxın əziz xalq, bir-birinə ağzından çıxanı deyən bu iki fitnəkar (Rüstəmxanlı və Tağızadə) heç öz aralarında razılığa gələ bilmirlər. Bunlar “Güney Azərbaycan” üçün nə edəcəkdilər?
Bu dəfə də İslam Respublikasına qarşı olan ABŞ planları suya düşmək üzrədir. İranın əzəmətli xalqının ayıq-sayıqlığı, zirəngliyi, Allaha olan imanı səbəb olacaq ki, ABŞ heç vaxt öz arzusuna çata bilməyəcək.


435 بازدید
در حال ارسال اطلاعات...