Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2018

Bəla – ilahi imtahan

Allah özü bəndələrinin doğru və ya yanlışlıq səviyyəsini bilir
وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ الْمُجَاهِدِينَ مِنْكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ


"Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq." (Məhəmməd, 31).

İzah: Allahın ədalətindən söz düşdükdə bəzi insanlar dünyadakı fəlakətlərə, bəlalara və ədalətsizliklərə etiraz edərək soruşurlar: “Əgər Allah ədalətlidirsə, nə üçün bəzi bəndələrinə çox nemət vermiş, bəzilərini isə növbənöv problemlərə və fəlakətlərə yuvarlamışdır?” Bu hissədə bu suala cavab verəcək və ilahi ədalətlə fəlakətlər arasındakı əlaqəni izah edəcəyik. Öncə bilməliyik ki, Allahın qəti və hikmətli ənənəsi odur ki, bəndələrini müxtəlif sınaqlarla və bəlalarla yoxlasın və nəticədə onların bəndəlik və itaət səviyyəsi ortaya çıxsın. Əlbəttə, məlumdur ki, Allah özü bəndələrinin doğru və ya yanlışlıq səviyyəsini bilir. Onları sınağa çəkməkdə məqsəd isə onların bəhanəsini kəsməkdir. Odur ki, bir çox bəla və müsibətlərin hikməti bəndələri yoxlamaq, onları sınağa çəkməkdir.

Hədis: İmam Əli (ə): “Elə bir insan yoxdur ki, Allah tərəfindən sınağa çəkilməsin.” (Nəhcül-bəlağə, qısa kəlamlar: 93).


290 بازدید
در حال ارسال اطلاعات...