Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2018

Ərdoğan Qarabağdan başqa hər yerə girir

Harda gördük Ərdoğan İsraildən qorxmadan, çəkinmədən Fələstin camaatına yardım etsin?
Ərdoğan yenə türkün məsəli sərt ruzigar kimi əsir. Az qalıb bütün dünyanı hədələsin, onu asır, bunu kəsir, doğruyur. Hansı ölkəyə, şəhərə gəldi girmək istəyir. Prezident seçkisi ərəfəsində indi də deyir ki, Qəndilə də, Sincara da, Afrinə də, Cerablusa da girəcək. Biz əvvəl də cənab Ərdoğana və onun timsalında Türkiyəni, Ərdoğanı qaldırıb dağ başına qoyanlara sual vermişdik: bəs niyə Ərdoğan Qarabağa girmir? Qarabağdan başqa hər yeri girir.
Bir dəfə bu sual üstündə az qalsın dava düşəcəkdi. Bizdə bir para pantürk İranın Azərbaycana olan köməyindən danışanda başlayırlar ki, ay nə bilim onlar farsdır, erməni kimidir, ermənidən betər düşməndir... Səbəb kimi də hazırda İranın Ermənistanla bəzi əlaqələrini qeyd edirlər. Sual verəndə ki, bəs o zaman Osmanlılar erməniləri hətta gətirib səltənətlərində iş-güc sahibi etmişdilər, deyirlər bu, türklərin qonaqpərvərliyindən belə olub. Deməli, Osmanlının Çar tərəfindən Azərbaycanın işğalına göz yummasını bir cür, bolşeviklər tərəfindən də Azərbaycan Xalq Cumhuriyyətinin işğalına göz yummasına isə bir başqa cür don geyindirirlər. Hətta onu da deyim ki, İranla Türkiyə hökümətlərinin hər ikisinin hələ ki, regionda münasibətləri normaldır. Bu barədə söz düşdükdə hakimiyyətimizdən zəhləsi gedən qatı türkçülər deyir ki, “molla rejimi” rüşvətxor, xain, əxlaqsız rejimə (yəni ruspərəst Azərbaycan hakimiyyətinə) dəstək verir. Deyəndə ki, bəs axı Türkiyə höküməti də YAP hakimiyyətini dəstəkləyir, ona da bir başqa söz tapıb deyirlər. Hələ ən maraqlısı budur ki, Hüseynbala Səlimov kimi beş yazısından üçü İranın əleyhinə olan adamlar İrandan tələb edir ki, bütün planlarını, proqramını, Suriyanı, İraqı, Fələstini, Hizbullahı, Yəməni, öz inkişafını bir kənara qoysun, gəlib Qarabağı alıb versin bizə. Amma bunun müqabilində “niyə Ərdoğan Qarabağa girmir” sualı veriləndə deyirlər ki, Ərdoğan satıb məgər torpağımızı ki, o da alsın? Yaxud da nə şişin, nə də kababın yanmasını istəməyənlər deyir ki, bizim öz güclü ordumuza nə gəlib, özümüz də ala bilərik.
Bizim telekanllarda AZTV-ni çıxmaq şərtilə yerdə qalanları tərbiyəsiz şoulardan, mənasız seriallardan başqa heç nə tapıb efirə vermir. Bir neçə gün bundan qabaq əziz şəhidimiz Mübariz İbrahimovun ad günü idi. Təəssüf ki, şəhidimiz ancaq sosial şəbəkələrdə və məzarı başında anılır. Bir dənə efirdə ona aid verilişə, beş dəqiqəlik anıma belə rast gəlmirik. AZTV kanalı isə dünyada heç kimin inanmadığı yalanları xalqa sırımağa çalışır. Bütün günü Avropa AZTV ekranlarında yanır, dağılır, məhv olur, bircə Azərbaycan gündən-günə “inkişaf” edir. Sən demə, Azərbaycanın güclü ordusu var, regionun ən güclü dövləti Azərbaycandır. Bu qədər yalanlarla 30 ilimiz məhv olub getməkdədir. Həqiqət isə göz önündədir. AZTV-nin avropa ölkələrinə, Rusiyaya, Türkiyəyə, İrana, Amerikaya bərabər tutduğu Azərbaycanın 20 faiz torpaqları 30 ilə yaxındır ki, işğal altındadır. Amma nə Türkiyənin, nə İranın, nə Rusiyanın, Amerikanın nə də hanısa Avropa ölkəsinin belə bir biabırçılığı yoxdur.
Mövzunu dəyişmək istəmirəm. Mövzu Ərdoğandan idi. Mühüm məsələ budur ki, Rusiya kimi bir ölkə Ukraynanı ondan qoparmaq istədiklərini görüb bütün dünyaya meydan oxudu. Krımı tez bir zamanda əlinə aldı. ABŞ-dan tutmuş Avropa ölkələrinə qədər hamısına dağ çəkdi. Türkiyə nə edir? Sərhədlərini Ermənistanın üzünə bağlayıb. Lap deyək ki, Azərbaycana görə edib. Bu kifayət edirmi? Əlbəttə etmir. Əmin ola bilərik ki, Ərdoğanın öz mitinqində çıxış edərkən adlarını sadaladığı şəhərlərə də məhz Amerikanın əmri olduğu zaman girə bilir. Bununla da Amerika onu öz fitnələrinə alət etməklə soyuq müharibəni başladır. Ərdoğan isə özünü qəhrəman hesab edir.
Məni qınamayın, hər dəfə Ərdoğanın harasa girməsi xəbərini özündən eşidəndə ilk ağlıma gələn bu sual olur: Qarabağa nə vaxt girəcəksən? Artıq Ərdoğanın Ali Səuddan heç bir fərqi qalmayıb. İranı qınayırlar. Amma İran girdiyi hər bir ölkəyə - İraq, Suriya, Yəmən, Fələstin də daxil olmaqla məzlumlara imdad üçün girib. Harda gördük Ərdoğan İsraildən qorxmadan, çəkinmədən Fələstin camaatına yardım etsin? Necə ki, Ali Səud ABŞ-ın nökəri funksiyasını yerinə yetirməklə məşğuldur, Ərdoğan da ABŞ-ın diktəsiylə oturub-durmaqdadır. Bir qədər son zamanlarda Rusiya təyyarəsinin vurulmasından sonra Ərdoğan üzür istəyib ABŞ-ın sıralarını tərk edib Rusiyanın tərəfinə keçdi. Amma Ərdoğana çox etibar yoxdur. Bəlkə bu da ABŞ-ın bir tələsidir. Bilmək olmaz.
Sonda əziz oxucular, siz də bu sualı Ərdoğanı harda görsəniz ünvanlayın: Qarabağa haçan girəcəksən?


182 بازدید
در حال ارسال اطلاعات...