Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2018

İnsanın azadlığı

Quranda çox sayda ayə var ki, insanın iradə azadlığına təkid edir
إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا


"İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun." (İnsan, 2-3).

İzah: İlahi ədalətin nümunələrindən biri odur ki, Allah bəndələrinə xeyir və şər yolu göstərməklə yanaşı onlara yaxşı və ya pis yolu seçməkdə azadlıq vermişdir. Çünki Allah bəndələrini əməllərə məcbur edib, sonra onları günah etdikləri üçün cəzalandırsa, qəbahətli iş tutmuş və zülm etmiş olacaqdır. Buna görə də Allah ədalətli olduğu və pis iş (zülm) tutmadığı üçün insanlara əməllərini həyata keçirməkdə azadlıq vermişdir. Quranda çox sayda ayə var ki, insanın iradə azadlığına təkid edir. Qeyd edək ki, “zərurət və azadlıq” (cəbr və ixtiyar) keçmişdən günümüzə qədər İslam mütəkəllimlərinin diqqət mərkəzində olmuş və müxtəlif etiqadi sektaların yaranmasına yol açmışdır.

Hədis: İmam Kazım (ə) – Allahın ədalətini əsaslandırarkən – : “Allahın bəndəsinə etmədiyi bir şeyə görə əzab verməsi Ona yaraşmaz” (Üyuni-əxbari-Rza, c. 1, səh. 138, hədis: 37).


163 بازدید
در حال ارسال اطلاعات...