Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2018

Roma Papası və Ayətullah Xamenei - dünyada sülhün tərəfdarı mövzusu

Roma Papasının dediklərini qəbul edən varmı?
Roma Papası ənənəvi çıxışı zamanı Koreya ilə ABŞ prezidentlərinin görüşünün və dünyada sülhü müzakirə etmələrinin beynəlxalq sülhə yol açmasına inamlı olduğunu ifadə edib. O deyib ki, bu iki dövlət başçısı bir araya gəlib problemləri müzakirə etsələr dünyada sülh və əmin-amanlığı təmin etmək olar.

Roma Papası bildiyimiz kimi katoliklərin inancına görə İsa peyğəmbərin həvarilərindən olan Pyotrun xələfidir. Pyotr isə hazırkı katoliklərə görə ilk Roma papası hesab edilib.

Dünyada baş vermiş müharibələrin tarixinə baxsaq görərik ki, bunların çoxu elə xristianlar tərəfindən törədilmişdir. Dünya müharibələrinin baiskarları da onlar olub. Amma nədənsə sonralar İslama olan marağın artıb çoxaldığını görən ABŞ kimi şeytan dövlətlər İslam dinini terror dini kimi göstərməyə çalışmışlar. Onlar əl-Qaidə, Boko haram, İŞİD və s. kimi terror təşkilatlarını meydana çıxarmış, İslam dinini onların simasında təqdim etmişlər. Bu təşkilatların müqabilində isə Hizbullah, Həmas kimi öz vətəni, dini uğrunda savaşan təşkilatlar ABŞ-ın terror təşkilatları siyahisində qeyd olunmuşdur. Maraqlıdır ki, bir zamanlar hazırkı Roma Papasının sələflərindən biri də İslamı zorakılıq dini adlandırmışdı. İndi isə Roma Papası ABŞ prezidentinin görüşünü sülh üçün müqəddimə hesab edir.

Bildiyimiz kimi ABŞ prezidenti Trampın özü hazırda Qüdsün qondarma İsrail rejiminin paytaxtı olması üçün çalışır. Zatən Roma papalarının gözü önündə ABŞ yaratdığı BMT vasitəsilə Fələstini parçalayıb İsrail rejimini qondardı. Sionistlər fələstinliləri şəhid edib torpağını işğal etdi. ABŞ prezidenti Tramp isə kürəkəni yəhudi olan bir adamdır. O prezident olmazdan əvvəl haqqında yazmışdılar ki, onu kürəkəni idarə edir və sionistlərlə olan bütün əlaqələrini sionist kürəkəni vasitəsilə qurur.

İslamı qoruyan, terror, zorakılıq deyil, məhz sülh dini olduğunu dünyada tanıtdıran müsəlman ölkələrindən biri İrandır. İran demək olar ki, hazırda müsəlman dünyasına ağsaqqallıq edir. Artıq bunu xarici dövlətlər də qəbul edib. Yaxın Şərqdə baş verən hər hadisədən ötrü İran yad edilir. Yadınızdadırsa BMT-nin keçmiş baş katibi Pan Ki Mun İrana səfər edib Ali Dini Lider Ayətullah Xamenei ilə görüşərkən demişdi ki, siz təkcə İranın deyil, bütün müsəlmanların lideri hesab edilirsiniz. Suriya və başqa məsələlərə öz yarıdımını əsirgəməməkdən ötrü baş katib Ayətullah Xameneiyə müraciət etmişdir. Ayətullah Xameninin isə mövqeyi bəllidir. Bu mövqe illərdir dəyişməz olaraq qalır: ABŞ böyük şeytandır, İsrail rejimi məhv edilməli, Fələstinin işğal edilmiş əraziləri fələstinlilərə qaytarılmalıdır. Bu mövqeyin dəyişməməsinə səbəb də elə ABŞ-ın özüdür.

Roma Papasından fərqli olaraq Ali Dİni Lider Ayətullah Xamenei dünyada sülhün İsrailin məhv olmasıyla, sionizmin durdurulmasıyla, ABŞ-ın öz şeytanlığından əl çəkməsiylə baş tutacağına ümid edir. Papa isə şeytandan sülh umur, hətta Beynəlxalq Qüds Günü sionizmə etiraz belə etmir.

Bəs Roma Papasının dediklərini qəbul edən varmı? Bir faktı diqqətinizə çatdıraq. Papanın qədim sələfləri bildiyimiz kimi birbaşa siyasi rəhbərliyi ələ almış insanlar idilər. Roma Katolik kilsəsi qədimdə hakim zümrə, dini rəhbər olmaqla yanaşı həm də rəsmi olaraq siyasi rəhbər hesab edilirdi. Başıbəlalı Fələstin torpağına Səlib yürüşlərini də Roma papaları edib. Onların bir zamanlar öz çağırış və fətvaları ilə Avropa orduları tərəfindən fələstinlilərin əzilməsi prosesini hazırda ABŞ davam etdirir. Sionizmin təsiri altında olan ABŞ dövləti də İsrailə görə fələstinliləri əzir, zülmə göz yumur, digər tərəfdən fələstinliləri qoruyan İrana sanksiyalar tətbiq etmək üçün Avropa dövlətlərini təhrik edir.

Roma Papası hazırda Vatikana rəhbərlik etsə də bütövlükdə nə Romaya (İtaliyanın apytaxtı) nə də İtaliyaya rəhbərlik edə bilmir. Əgər bir insan İtaliya hakimiyyətinə yaxın buraxılmırsa, onun fikirlərindən dövlət səviyyəsində istifadə edilmirsə o hansı sülhdən danışa bilər. Amma ondan fərqli olaraq İranda dövlət rəsmiləri arasında Ayətullah Xamenei birinci şəxsdir. Hətta vəzifəsi prezidentdən də yuxarıdır. Prezident İranda səsvermədən sonra seçilsə də, ALi Dini Liderin razılığı ilə qanuniləşir. Bundan başqa Ali Dini Liderin digər ölkələrin rəhbərliklərinə də məsləhətləri olub. Ayətullah Xamenei həm də indiyədək İslam dininə mənsub olan müxtəlif məzhəblər arasında qardaşlıq bağlarının yaranmasına səbəb olan şəxsdir. Roma Papası isə dünyada sülh istəyirsə birinci dərəcədə sülhə mane olan sionistlərin dərsini verməli, avropalıları Fələstinə dəstək üçün təhrik etməlidir. Bir də təbii ki, ABŞ-ı öz şeytanlığından çəkinməyə çağırmalıdır. Bu yolda isə İranın, Ali Dini Lider Ayətullah Xameneinin köməyindən istifadə etməlidir. Çünki təkcə sülh arzulamaq kifayət deyil, eləcə də özündə güc toplayıb sülhə mane olanların başını əzmək lazımdır.


84 بازدید
در حال ارسال اطلاعات...