Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2018

Şəfaət icazəsi yalnız Allaha məxsusdur

Allah Qiyamət günündən qabaq ona izn vermişdir
قُلْ لِلَّهِ الشَّفَاعَةُ جَمِيعًا لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ


"De: Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız.” (Zumər, 44).

İzah: Şəfaət məsələsi şiə məzhəbinin danılmaz həqiqətlərindən və bir çox əhli-sünnə məzhəbləri tərəfindən məqbul hesab olunan məsələlərdəndir. Hərçənd ki, onun müxtəlif izahları var. Burada Quran ayələrindən mövzu ilə bağlı bir neçə qrupu diqqətinizə çatdırırıq. Şəfaətlə bağlı bir qrup ayələr onu mütləq şəkildə rədd edirlər (Bəqərə, 48). Digər bir qrup ayələr bu həqiqəti təkid edirlər ki, şəfaət yalnız Allaha məxsusdur və Qiyamət günü kimsə bir başqasını şəfaət edə bilməz. Bu iki qrup ayəni digər bir qrup ayəyə nəzərən izah etmək lazımdır. Hansı ki o ayələr şəfaətin Allahın icazəsindən asılı olduğunu ifadə edirlər. Bu halda bu ayələrdə məqsəd Qiyamət günü şəfaəti bütünlüklə rədd etmək deyil. Əksinə, bu o deməkdir ki, (o gün) şəfaət izni yalnız Allahın əlindədir və kimsə onun icazəsi olmadan başqa birinə zamin və şəfaətçi ola bilməz.

Hədis:
İmam Sadiq (ə): “Qiyamət günü peyğəmbərlərin heç biri Allah icazə vermədikcə şəfaət etməyəcək. Yalnız İslam peyğəmbəri (s) bu ümumi qaydadan istisnadır. Çünki Allah Qiyamət günündən qabaq ona izn vermişdir.” (Təfsiri-Qumi, c. 2, səh. 201).


62 بازدید
در حال ارسال اطلاعات...