Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2018

Qüds günü ərəfəsində sionist Qəzənfəroğlunun fitnəsi

Fazil kimi əxlaqsız, əqidəsini, silahdaşlarını Parlamentdə bir kürsüdən ötrü satan bir insan nə dərəcədə Peyğəmbər (s) davamçısı olduğunu iddia etməkdə haqlı ola bilər?
Hər il mübarək Ramazan ayının son cümə günü Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Qüds günü haqqında zənnimcə əlavə məlumat və izaha ehtiyac yoxdur. Uzun müddətdir islam dünyasında ənənəvi və davamlı şəkildə qeyd edilən bu gün hamıya məlumdur.

Ölkəmizdə də bu gün qeyd edilir, bütün dünyada olduğu kimi ölkəmizdə inanc əhli, azadlıqsevər, haqqtələb, ədalətpərvər insanlar bacardıqları qədər bu gün sionist israil rejiminə etiraz edirlər.

Yenə növbəti bir Qüds gününün intizarında ikən Azərbaycanda, İmam Hüseynçilərin yaşadığı, üstünlük təşkil etdiyi bir ölkədə əqidəsi qaranlıq, keçmişi suallarla dolu olan, gah müxalifət, gah iqtidara yaltaqlanan, Türkiyədə qaranlıq işlərlə məşğul olmuş, özünün masson lojasının üzvü olduğunu açıqca elan edən Elşad Miriylə dostluq edən Qəzənfəroğlu Azərbaycan xalqının məzhəbini, dini aşağılayıcı ifadələrlə təhqir etdi. Hadisənin təfərrüatına girməyəcəyik. Demək olar Fazil Qəzənfəroğlunun etdiyi təhqirlər hamıya məlumdur. O, bunu ilk dəfədir ki, etmir, böyük ehtimalla sonuncu dəfə də olmayacaq. (Ən azından haqqında ciddi tədbir görülməsə)

Hələ Ramazan ayı daxil olarkən Türkiyə ruhanilərinin iziylə getdiyini deyən Qəzənfəroğlu Ramazan ayının daxil olmasıyla bağlı ilk ixtilafını bu il ortalığa atmışdı. Amma Ramazan ayının ortalarında digər dostu və sirdaşı olan, ondan fərqli olaraq Ramazanda deyil, Məhərrəm ayında gündəmə gələn Elşad Miri kimi İmam Hüseyn (ə) əzadarlarının məclislərindən bir videonu öz facebook səhifəsində paylaşıb təhqiramiz sözlər yazmışdır.

Adamın İslam dinin halına yanmasını iddia etməsi yalandır. Bilirsinizmi niyə? Çünki əvvəllər də elə bu təhqirindən sonra da ona cavab verənlərə təhqiramiz sözlər yazır, tənqidlərə dözümlü yanaşa bilmədiyindən facebookda onu tənqid edənləri onlayn və real dostluqdan silir. Üstəlik təhqir dolu ifadələrlə. Görəsən özünü nisbət verdiyi dinin, İslamın Peyğəmbəri (s) beləmi olub? Fazil kimi əxlaqsız, əqidəsini, silahdaşlarını Parlamentdə bir kürsüdən ötrü satan bir insan nə dərəcədə Peyğəmbər (s) davamçısı olduğunu iddia etməkdə haqlı ola bilər? Təbii ki, Faizlin həqiqətdə peyğəmbəri aləmlərə rəhmət üçün göndərilən və gözəl nümunə olan İslam Peyğəmbəri (s) ola bilməz. Olsa-olsa onun peyğəmbəri Fətullah Gülən kimi özü kimi əxlaqsız, namussuz, şərəfsiz bir insan olar.

Fazil Qəzənfəroğlunun məhz Qüds gününə az qalmış bir zamanda belə bir fitnəyə əl atması görünür “uşaqlığını” (nökərçiliyni) etdiyi qüvvələr tərəfindən sistemli şəkildə ortaya atılıb. İmam Hüseynə (ə) məhəbbət bəsləyən xalqımız yaşadığı ölkədə inanc əhlinin sayı gündən günə artır. Bu da Fazil Qəzənfəroğlunun “küçüklük” etdiyi qüvvələri narahat edir. Əlbəttə inanclı, İmam Hüseyn (ə) ardıcılı olan dindarları heç cür sındırmaq mümkün olmadığı üçün Fazil Qəzənfəroğlu kimi sınmış, məhv olmuş, həm şəkilləri həm də özü, adı zibilliklərə gömülmüş bir insanın bəsit planlarına ehtiyaclı qüvvələr, Fazilə küçüklük elətdirən insanlar gözəl bilir ki, o, bu gün-sabah itib-batacaq köpükdür. Amma mümkün qədər adamdan istifadə etməyə çalışırlar. Fazil də gözəl bilir ki, Parlamentdə belə söhbətləri edə bilməyəcək. Öz facebook səhifəsində, bir də özünə tay olan bir neçə saytda bu cür təhqiramiz ifadələr dərc elətdirir.

Sosial şəbəkədə yaydığı videoya baxanda isə məlum olur ki, o bununla birinci növbədə şiəliyi vurur, onların ünvanına mələşmək, bambılılıq sözlərini işlədir. İkinci növbədə o zənn edir ki, şiəni təhqir etməklə bir başa zərbəni İrana vurmuş olacaq. Çünki dünyada həqiqi şiəliyi, İslamı tanıtdıran İran həm də Qüds gününün təsisçisi, fələstinlilər də başda olmaqla dünya məzlumlarının himayədarıdır. Deməli, Fazil Mustafa bir güllə ilə iki quş vurmağa çalışır. Sionistlər ondan məharətlə istifadə edir. Həm İranın, həm şiəliyin, həm də fələstinlilərin ziddinə olaraq Fazil sionizmin dəyirmanına su tökməklə məşğuldur.

Özü də elə bir nöqtədən vurur ki, bu xalqın içindəki şəhadət eşqini söndürməyə çalışır. Çünki dahi İmam Xomeyni bir vaxtlar deyirdi ki, bizim bütün müvəffəqiyyətimiz Məhərrəm ayının bərəkəti sayəsindədir. Gəzənfəroğlu isə İmam Xomeyninin başçılığı ilə İranın fəaliyyət göstərib uğurlara imza atamsını gözəl bilir. Bununla da bütün uğurların kökü olan Aşura məhəbbətini, İmam Hüseyn (ə) sevgisini bu cür bəsit hərəkətlərlə ört-basdır etməyə çalışır.

Halbuki Gəzənfəroğlunun xalqının bir milyonu qaçqındır, torpaqlarının iyirmi faizi işğal altındadır. Bu insan İmam Hüseyn (ə) sevgisini insanlara daha çox aşılamaq əvəzinə, şəhadətdən, şəhidlikdən daha çox danışmaq, təbliğ etmək əvəzinə bütün bunların tam əksini edir. Sən hansısa bir əqidəni daşımaqda sərbəstsən, istəyirsən bu gün nurçu, sabah vəhabi ol, biri gün də meşə qardaşlarına qoşul. Amma xalqın inancını təhqir etməyə sənə heç kim hüquq verməyib. Toxunulmazlıqdan, saxta deputat hüquqlarından istifadə edib həddini aşmamalısan.


88 بازدید
در حال ارسال اطلاعات...