Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2018

Fazil Qəzənfəroğlu tör-töküntüsü olduğu Yezidin lənətlənməsindən narahat olub?

Belə olmaz axı ki, həm seçicilərin məzhəbini təhqir edəsən, həm də hər dəfə parlamentdə göbələk kimi bitəsən
Parlamentdə təyinatla oturan deputatlardan biri olan Fazil Qəzənfəroğlu yenə də seçiciləri ilə məşğul olmaq, onların problemlərindən danışmaq əvəzinə "it hürər karvan keçər" zərbü-məsəlinə məhəl qoymadan öz ənənvi və yeganə olan fəaliyyətinə başlayıb. Bilirsiz ki, Fazil Gəzənfəroğlu də Elşad Miri kimi öz mülahizələrini Türkiyə ruhanilərindən alan insanlardır. İkisi də köhnə komanda da (FETÖ) təmsil olunur, Fətullah Gülənin bir aralar gözünə (başqa cür oxumayın) girməyə çalışan adamlar idilər, FETÖ olayı ortaya çıxandan sonra bunlar öz atalarını inkar etdilər. Biri (Miri) məhərrəm ayında gündəmə gəlir, o biri də Ramazanda.

Bildiyiniz kimi mübarək Ramazan ayının mübarək gecələrindən olan Qədr gecəsi oldu. Adətən deputatlar seçilmək üçün qapı-qapı düşüb platforma-zad təqdim edirlər. Bu prosesdə onlar seçiciləri vətəndaş olaraq görür, məzhəbini, dinini araşdırmır. Bizim ölkədə seçkilər şəffaf olsaydı Qəzənfəroğlu hər dəfə fürsət düşdükcə öz sərsəm fikirləriylə zəhərləməyə çalışdığı bu seçicilərdən rəy ala bilməzdi. Belə olmaz axı ki, həm seçicilərin məzhəbini təhqir edəsən, həm də hər dəfə parlamentdə göbələk kimi bitəsən. Deməli ən azından Qəzənfəroğlu təyin edilmiş deputatdır.

Qədir gecəsində isə məscidlərdə dolub-daşan izdiham cənab Gülənçini narahat edib. Əslində məsələnin kökü bundan ibarətdir ki, Gülənlə Fazili birləşdirən bir cəhət ikisinin də Yezid lənətullahi əleyhin tör-töküntüsü, törəməsi olmasıdır. Çünki Fətullah Gülən də bir vaxtlar İmam Hüseyn (ə) üçün yalandan ağlayıb, o biri tərəfdən Müaviyə, Yezid kimi lənətullahlara "Allah ondan razı qalsın" deyirdi. Fazil isə Güləndən fərqli olaraq İmam Hüseyn (ə) üçün ağlamır. Təbii ki, İmam Hüseynə (ə) ağlamaq hər adama qismət olmur. Ağlamaması bir yana, dünənlərdə durub bir video paylaşıb, sosial şəbəkədə təhqiramiz ifadə yazıb. Onun dedikləri başı pozuk adamın yazdıqlarından heç fərqlənmir. Amma mənim müşahidə etdiyim odur ki, Fazil bir daha özünü Yezidin tör-töküntüsü və törəməsi hesab edib.

Müşahidə etdiyim odur ki, onun paylaşdığı və bəyənmədiyi videoda Əhli-beytin (ə) müsibətlərini çatdıran rozələr oxunub. Xanım Zeynəbin (ə) adı çəkilib. Xanım Zeynəb (ə) isə Aşura müsibətini İmam Hüseyndən (ə) sonra müsəlmanlara bəyan edən qeyrətli bir xanım olub. Fazili narahat edən də bu olub. Axı, Fazilin babası olan Yezid burada xar edilir, bu necə Fazilə yer eləməsin?

Bu yerdə Əhli-beyt (ə) şairi olan Elşən Xəzərin bir sözü yada düşür:

Qeyrətliyə qeyrətsiz olanlar çəkər həsrət...

Qeyrətli İmam Hüseynin (ə) qeyrət məktəbini dünyaya tanıdan qeyrətli Xanım Zeynəb (ə) haqqında şeir deyilsə bu cür etiraz kimdən gəlməli idi?


113 بازدید
در حال ارسال اطلاعات...