Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2018

Allahın daxili niyyətlərdən xəbərdar olması

Gizli və aşkar Onun (Allahın) yanında eynidir
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ


"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın." (Qaf, 16-18).

İzah:
Qeyd olunduğu kimi, Allahın elmi sonsuzdur və orada cəhalətə yer yoxdur. Allah bəndələrinin hətta qəlbindən keçənləri və onların fikirlərindən keçən ötəri vəsvəsələri də bilir. Yuxarıdakı ayədə Allah, bu elmi və əhatəni təsvir etmək üçün təkid etmişdir ki, bəndələrinə şah damarlarından da yaxındır. Bu ifadə həm Xaliq və məxluqun yaxınlığının dərinliyini göstərir, həm də insanın haramlardan daha çox uzaq olmasına zəmin yaradır. Bundan başqa, insanı müşayiət edən xüsusi mələklər də nəzərdə tutulmuşdur ki, onun bütün əməllərini qeyd etsinlər.

Hədis:
İmam Baqir (ə): “Gizli və aşkar Onun (Allahın) yanında eynidir” (Təfsiri-Qumi, c. 1, səh. 36).


122 بازدید
در حال ارسال اطلاعات...