Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2018

Paşinyanın oğlu və bizim məmurların oğulları - kim əsgər forması geyinəcək?

Xalq isə haqlı olaraq soruşur ki, nə üçün bu yazıq, kasıb ata oğlunu hərbiyə göndərməlidir, Rəcəblinin nəvələri evdə kəl kimi böyüyüb kəllikdə babalarını vurub keçməlidir?
Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər ki, mübariz bir insan kimi özünü meydana atıb sinəsini etirazçılarla birlikdə qabağa verib qaniçən Sərkisyana qarşı aksiyalar təşkil edirdi, bizim iqtidar və iqtidar yaltağı olan qəzetlər başlamışdılar Nikoldan qəhrəman düzəltməyə. Güya bunlar zənn edirdi ki, Qarabağda şəxsən vuruşmuş Sərkisyan və onun hakimiyyəti uzun illərdir Qarabağı qaytarmır, ondansa Paşinyan gəlsin, Allah kərimdir. Paşinyan isə gələndən sonra ilk səfərini gəldikdən bir gün sonra Şuşaya etdi. Bundan sonra bizimkilər dedi Allah Sərkisyanın atasına "rəhmət eləsin." Ondan sonra Paşinyan oldu dünyanın ən murdar adamı. Sərkisyandan ötrü indi bizim iqtidarçılar darıxmağa başlayıb. Zarafat bir yana, bu iqtidara qalsa xalqın boğazından kəsib milyardlarla pul xərcləyər ki, təki Sərkisyan hakimiyyətə yenidən qayıtsın və Qarabağ məsələsi bir bu qədər də uzansın. Kaş o yenə gələydi, növbəti 25 ildə də İlham Əliyev onunla Soçidə xizək sürərdi, xalqın başını aldadardı, xalq da deyərdi cəhənnəm olsun bunlar da Qarabağda, bir parça çörəyim var, bəsdi. Bizim hakimiyyət belə düşünür.

Nikol Paşinyan isə Azərbaycanı qıcıqlandırmağa davam edir. Oğlunun 18 yaşı tamam olur və o əsgərliyə getməlidir. Paşinyansa deyib ki, oğlunun məhz Qarabağda hərbi xidmət keçməsini arzu edir. O, oğlunu Qarabağa döyüşə, əsgərliyə göndərir. Yəni o gedib Şuşanın dağlarını özününkü hesab edəcək, biz isə "Şuşa" şadlıq sarayında "Şuşanın dağları", "Laçınım" mahnılarını "zakaz" edib oynayacağıq. Bu isə daha çox İlham Əliyev və onun xain komandasındakı dövlət, vətən düşməni olan məmurları daha çox narahat edir. Onlar qorxurlar ki, sabah camaat deyəcək yaxşı bəs hanı İlham Əliyevin oğlu, hanı Hadı Rəcəblinin oğlu, Mədət Quliyevin və s. məmurların balaları? Niyə onlar ermənidən qorxub hansısa deşiydə gizləniblər?

Hadı Rəcəblinin adını xüsusi qeyd etdim, çünki məqsədim var. Deməli 70 yaşlı bu nankor zillət vəkili müsahibəsində deyib ki, məni niyə sosial şəbəkələrdə söyürlər. Elə bu sözlərindən sonra beşbetər söyülməyə başlayıb. O gözəl bilir ki, xalq ona nifrət edir. Bununla belə "millət" vəkili olmaqdan istefa verib rədd olub goruna çəkilmir. Çünki gözəl bilir ki, o millət vəkili deyil, təyinatla oturub parlamentdə. Çünki parlamentə düz-əməlli adam yox, Siyavuş, Hadı Rəcəbli kimi əlaltılar lazımdır.

Adam deyir nə üçün məni söyürsünüz. Özü də deyir ki, mənim şəkilimlə oğlu şəhid olmuş kasıb bir vətəndaşın (şəhidin atasının) şəklini yanaşı qoyub rəy yazmaq düzgün deyil. Xalq isə haqlı olaraq soruşur ki, nə üçün bu yazıq, kasıb ata oğlunu hərbiyə göndərməlidir, Rəcəblinin nəvələri evdə kəl kimi böyüyüb kəllikdə babalarını vurub keçməlidir? Sual lap yerində verilib. Biz indi o atanın oğlunu şəhid kimi tanıyırıq. Amma Azərbaycan kimi ölkələrdə kasıb balası öləndə "başın sağ olsun vətən" demək olur. Gedib şəhidin yas məclisində atasına "başınız sağ olsun" deyirik. Amma Hadı Rəcəblinin, Əli Həsənovun, İlham Əliyevin balaları öləndə yox e, əsgərliyə gedəndə, onları hərbi formada görəndə deyəcəyik "başın var olsun vətən."

Məlum məsələdir ki, Heydər Əliyev böyük vətən müharibəsində fərari olub hərbidən yayınıb, İlham Əliyev Qarabağ müharibəsində iştirak etməyib, o da fərari olub. İndi növbə balaca Heydər Əliyevindir. "Balaca-balaca" deyib nazladıq, artıq böyüyüb. Paşinyanın oğlundan artıqdır ki, əksik deyil. Atası prezident, anası birinci vitse-prezidentdir. Hərbi xidmətə getməyə hamıdan daha çox layiqdir. Amma nədənsə atası İlham Əliyev onu hərbi xidmətə göndərmək fikrində deyil. Kasıb, fəhlə balasının canı sağ olsun.

Erməni rəhbərlərinə gəldikdə isə bəli Sərkisyan Qarabağ müharibəsində İlham Əliyevdən fərqli olaraq birbaşa iştirak edib. Nikol Paşinyan müharibə görüb. Bunlar öz xalqları üçün nümunədir. İlham Əliyev üçün də gözəl fürsət ələ düşüb ki, atasının və özünün (müharibə zamanı fərarilik etmələri) səhvini oğlunu əsgərliyə göndərməklə düzəltsin. Nə bilmək olar, bəlkə də biz sovet-Almaniya müharibəsini Bakının neftindən əlavə bir də Stalinin öz oğlunu hərbiyə göndərməsi, əsir düşərkən alman generallarla dəyişməməsi sayəsində qazanmışıq. Belə də ki, kim deyir Bakı neftinin sayəsində olub, səhv deyir. Bakı neftiylə olsaydı o neft indi o zamankından daha çoxdur.


305 بازدید
در حال ارسال اطلاعات...